loading...

Körpə Mələyin qətli sirr pərdəsinə bürünüb

Körpə Mələyin qətli sirr pərdəsinə bürünüb

Körpə Mələyin qətli sirr pərdəsinə bürünüb

Körpə Mələyin qətli sirr pərdəsinə bürünüb

Lənkəranda 5 günlük körpə Mələk Şaiq qızı Nurullayevanın öldürülərək quyuya atılmasının təfərrüatları hələ də üzə çıxmayıb. Darquba kəndində hadisə baş verən gecə, yəni iyulun 29-da evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və digər yaxın qohumlar olublar.

Anası körpəni yedizdirdikdən sonra yuxuya gedərkən uşaq beşikdən yoxa çıxıb. Onu üstü taxta və daşla bağlı olan su quyusunda axtarmaq atanın ağlına gəlib ki, bu da şübhələrə yol açır. Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır. M.Nurullayeva ailənin ikinci qız övladı olub. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd olunur ki, ailə növbəti qız övladının dünyaya gəlməsini qəbul etməyib.

Oxu.Az-ın məlumatına görə, kəndin icra nümayəndəliyindən AzVision-a bildiriblər ki, əgər ailə qız uşağını qəbul etməsəydi, onu ana bətnində olarkən abort etdirərdilər: “Çünki uşaq hələ üç aylığında olanda cinsiyyəti ailə üzvlərinə məlum idi. Hətta uşağın sağlam doğulması üçün uzun müddət müalicə də aparılmışdı. Doğuş prosesi də qeysəriyyə üsulu ilə baş tutmuşdu. Xeyli məbləğdə pul xərcləmişdilər. Uşaq da sağlam idi”.

Qohumlarının verdiyi məlumata görə, ananın heç bir psixoloji problemi olmayıb. Uşağını yedirib, daha sonra yatıb. Səhərisi gün də belə hadisə ilə qarşılaşıb. 

“Həmin axşam uşağın valideynlərinin anaları da evdə olublar. Onlar iki bacıdırlar. Yəni uşağın ata anası xalauşaqlarıdır. Ailədə qız uşağına qarşı belə nifrətin olmasına qətiyyən inanmırıq. Evdə başqa adamlar da olub. Heç birinin psixoloji problemi, ədavəti də yoxdur. Axşam hamısı sevincli olublar. Səhər isə belə hadisə ilə ilə qarşılaşıblar. Ailənin heç kəslə ədavəti də olmayıb”, - deyə ailənin yaxınları bildiriblər.

Həmin gün evdə bir kişi olub, o da körpə Mələyin atası Şaiqdir. Uşağın cəsədini su quyusundan o tapıb. “Şübhələndiyimiz məqam ondan ibarətdir ki, həmin su quyusunun üzərində iki ağır daş olub. İnanmırıq ki, hansısa bir qadının səhər saatlarında səssiz bir şəkildə o daşları yerindən tərpətməyə gücü çatsın. O daşları tərpətməyə yalnız kişinin gücü çata bilər. Eyni zamanda, başqa bir şəxsin səhər saatlarında evə daxil olması da mümkünsüzdür. Bunu yalnız evin daxilindəki şəxslər törədə bilərdilər”.

Dünyasını dəyişən 5 günlük Mələyin atasına gəlincə, qohumları bildirib ki, Şaiq Nuriyev sakit bir insandır: “Onu ifadə vermək üçün polis idarəsinə çağırıblar. Hazırda şok vəziyyətindədir. Heç kəslə danışmır. Səssiz vəziyyətdə durur. Sual verəndə də cavab vermir. Elə bil nəyə görəsə peşmandır. Polisə ifadə verən zaman da çox danışmayıb. Bir məqamı da qeyd edək ki, uşağın atası hərdən içib sərxoş olurdu. Ola bilsin ki, həmin gün də elə olub. Bununla bağlı hazırda polis tərəfindən araşdırma aparılır. Onların 4 yaşında başqa bir qız uşaqları da var. Şaiqin atası isə Bakıda ticarətlə məşğul olur”.

Kəndin bələdiyyə sədri Nizami Səfərov isə bildirib ki, polis şöbəsindədilər və izahat verirlər: “Faktla əlaqədar cinayət işi başlanılıb. Hazırda polis tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır”.

Qeyd edək ki, öldürülən körpə sərbəst güləş üzrə milli yığmamızın məşqçisi Aslan Ağayevin bacısı nəvəsidir. Körpənin atası Lənkəranın Darquba kəndindən, anası isə Astara rayonundandır.

Z.Q.
oxu.az

Oxunub: 51 Dəfə

Bolme: Kriminal

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
Ərəb şeyxindən 222 milyon avroluq təklif