Chat Tanisliq

Ramazan mesajları 2020 - Ən gözəl Ramazan mesajları, Ramazan ayı ilə əlaqəli sözlər

Ramazan mesajları 2020 - Ən gözəl Ramazan mesajları, Ramazan ayı ilə əlaqəli sözlər

Müqəddəs Ramazan ayı sənə vücudunun sihhat və dincliyi olan “az yeməyə”, ruhunun sihhat və dincliyi olan “günahsız olmağa”, dininin sihhat və dincliyi olan “Peyğəmbərimizin gözəl əxlaqına sahib olmağa” vəsilə olsun.

Sevgi sözlərə dolduqda dua olar, dua Allaha çatarsa, nur olar. Eyni yolda birləşən dualarımızın nura dönüb rəbbimizə çatmasını diləyilə Ramazan bayramın mübarək.

11 ayın sultanı Ramazanda könülləriniz hüzurlu, süfrəniz bərəkətli olsun.

Gözəl və iman dolu bu ayda gözlərinizdən işıq, süfrənizdən bərəkət, evinizdən xoşbəxtlik əskik olmasın. Ramazan ayınız mübarək.

Bütün möminlərin bərəkəti həm süfrələrində, həm də qəlblərində hiss edəcəkləri bu ayda gözəl Ramazan günləri yaşamaq nəsibiniz olsun.

Bu mübarək ayı hüzur dolu, xoşbəxt, isti və sakit keçirmək diləyilə Ramazan ayımız mübarək.

Ramazan ayında ürəklər imanla, əllər duayla dolu olsun. Xoş gəldin, Ramazan.

Müqəddəs olan bu xeyirli ayda hər günü inci dənəsi kimi yaşayaq, süfrəmizə bərəkət, qəlbimizə mərhəmət arzu edək.

Başlanğıc nəticələrin təzahür etdiyi yerdir. Rəhmətlə başlayan Ramazan ayının xilas yolu ilə özünü göstərməsi diləyi ilə...

Ramazan ayının nemətləri iftar süfrələrinizə ləzzət və hüzur gətirsin, xeyirli Ramazanlar.

Kategoriya: Ramazan   Baxilib: 199  


DİGƏR MƏQALƏLƏR