Chat Tanisliq

Yuxuda balıq görməyin yuxuyozması

Yuxuda balıq görməyin yuxuyozması

Yuxuda balıq görmək nə anlam verir? Yuxuda balıq görmək, balıq tutmaq, balıq yemək, balıq yumaq, balıq qızartmaq balıq almağın yozumu...
Yuxuda balıq görmək
Yuxuda balıq görmək xeyirli işlərə yozulur. Qismət, mal-mülk kimi izah edilir. Bolluq və bərəkətdən xəbər verir. Yuxu sahibinin şükr etməsindən dolayı istəklərinə nail olması anlamını verir.

Yuxuda balıq görmək nəyə işarədir? Yuxu sahibinin uzun fasilədən sonra rahatlayacağına, ailəsi ilə gözəl zaman keçirəcəyina dəlalət edir.

Yuxuda balıq bişirmək tezliklə böyük miqdarda pul qazanılacağına, gözəl işə, rahatlığa işarədir. Yuxuda balıq sürüsü görmək yüksəlişdən kariyera uğurundan xəbər verir.

Yuxuda dənizdə balıqlar görmək qismətə işarədir. Yuxuda balıqların suyun səthinə çıxdığını görmək reallaşması çətin görünən arzu və istəklərin gözlənilmədən həyata keçməsi anlamına gəlir.

Yuxuda böyük balıq görmək

Bu, uzun fasilədən sonra rahatlıqdan, hüzurdan, xoş günlərdən xəbər verir. Yuxuda böyük balıq görmək qazanılacaq mal-mülkə dəlalət edir.

Yuxuda diri balıq görmək

Yuxunu görən şəxsin həyatında yeni olayların olacağı, dostlar tapacağı kimi yozulur. Eyni zamanda, yuxu sahibinin diqqətli olmasına, onun xoşbəxtliyini qısqananların mövcudluğuna işarədir.

Yuxuda qızardılmış balıq görmək

Bu, yuxunu görənin daim halal pul qazanacağına dəlalət edir. Yuxuda qızardılmış balıq görmək yuxunu görənin günah işlədəcəyinə, sonradan vicdan əzabı çəkəcəyinə işarədir.

Yuxuda çoxlu balıq görmək

Yuxunu görənin evinin bolluq içində olacağından xəbər verir. Yuxuda çoxlu balıq görmək yeni ortaqlıqlardan, önəmli işlərdən xəbər verir.

Yuxuda balıq tutmaq

Bu, uzun fasilədən sonra rahatlığa qovuşmaq deməkdir. Bəzi yuxu yozuculara görə, yuxu sahibinin yaxşı işə girəcəyinə, ailəsini qürurlandıracağaına, insanlara yardım edəcəyinə işarədir.

Yuxuda ağ balıq görmək

Yuxuda ağ balıq görmək yuxunu görənin həyatına onu qiymətləndirən birinin girəcəyinə, onunla yaxşı dost olacağı anlamını verir. Savab, xoşbəxtlik, halal qazanc, hüzur mənalarını verir.

Yuxuda dənizdə balıq görmək

Bu, yuxunu görənin uzun müddətdən sonra ailəsi ilə qovuşacağına işarədir. Yuxuda dənizdə balıq görmək yuxunu görənin qazanclı işə girəcəyi, bundan hamının yararlanacağı, bol savab qazanacağı anlamına gəlir.

Yuxuda narıncı balıq görmək

Yuxu yozuculara görə, bu, yuxunu görənin sahib olduğu mal və mülkün dəyərini bilməsinə, eşq həyatında işlərin yaxşı gedəcəyinə dəlalət edir. Yuxuda narıncı balıq görmək uğurlardan xəbər verir.

Yuxuda bişmiş balıq görmək

Kategoriya: Yuxuyozma   Baxilib: 98  


DİGƏR MƏQALƏLƏR