Chat Tanisliq

Yuxuda it görməyin yuxu yozması

Yuxuda it görməyin yuxu yozması

Yuxunuzdakı bir it hiss, sədaqət, və qorumaq rəmzidir. Bu yuxu güclü dəyərləri və yaxşı niyyətləri, həyatınızda irəliləmənizi və sizə uğur gətirəcək addımlar atmağınızı ifadə edir.
Yuxunuzda gördüyünüz it digər bir tərəfdən bu keyfiyyətləri nümayiş etdirən birini təmsil edə bilər. Alternativ olaraq, yuxuda it görmək, gözardı etdiyiniz ya da unutmuş ola biləcəyiniz bacarığınızı göstərir. İt hürürsə, o zaman öz daxilinizdəki münaqişələr işarə edilir. Ölü və ya ölməkdə olan it xəyanəti rəmzilər. Yaxşı bir yoldaşınızı, dostunuzu və ya həyat yoldaşınızı itirəcəyinizi düşünür ola bilərsiniz. Bu fikir daha çox şüurda olduğu üçün bunun fərqində deyilsiniz. Bir az dərin düşünəndə itirməkdən qorxduğunuz adamların olduğunu fərq edə bilərsiniz. İt “dost” və “sadiqlik” anlayışlarını ağıla gətirir. Həyatınızdakı dostluqlarla bu yuxunuzu əlaqələndirin.

İtin qabiliyyətləri ifadə etdiyini qeyd etmişdik. Yuxunuzda bir it sahibi olmağınız bir istedadınızı inkişaf etdirmək istədiyinizin mənasına gəlir. Xarici dil kursu və ya xobbinizlə bağlı kurslara yazılmağı düşünə bilərsiniz. Əgər it balaları görmüsünüzsə, eyni şəkildə bu bacarıqlarınızı inkişaf etdirəcəyiniz mənasına gəlir.

Yuxunuzda hürən itlər görməyiniz ətrafınızda sifətini turşutmuş və can sıxıcı adamların olduğunu göstərir. Bəlkə də yoldaşlarınıza olan narazılığınız bu yuxunuz ilə aşkara çıxmışdır.

Bir itin ayaqlarınızı dişlədiyini görmək, həyatınızın istiqamətini tarazlaşdırmaq üçün ehtiyacınız olan gücü itirmiş olduğunuzu göstərir. Bu yuxu yeni bir vəziyyət yaxınlaşanda tərəddüdünüzü və ya hədəflərinizi irəli aparmaq üçün hiss etdiyiniz arzunu da ifadə edir.

Yuxunuzda xoşbəxt bir şəkildə hürən it görmüşsəniz həyatınızdan razı olduğunuz və sosial fəaliyyətlərdə iştirak etmək istədiyiniz mənasına gəlir.

İt vəhşicəsinə hürərsə, ətrafınızdakı insanları idarə etmək istəyirsiniz deməkdir. Bu yuxu həmçinin sizə düşməncəsinə yanaşan dostları da göstərir.

Əgər bir it satın aldığınızı görmüsünüzsə bir qədər ruhunuzu oxşayacaq sözlər eşitmək istəyir ola bilərsiniz. Digər bir tərəfdən özünüzü tək hiss edir və yeni dostluqlar qurmağa ehtiyacınız var.

Əgər yuxunuzda bir it tərəfindən istiqamətləndirilirsinizsə, seçim etməkdə və qərar verməkdə çətinlik çəkirsiniz deməkdir. Sizin üçün doğru olanı etməli və digər insanların bu barədə nə düşündüyünə qulaq asmamalısınız.

Yuxunuzda bir itə paltar geyindirdiyinizi görsəniz, bu xarakterik nöqsanlarınızı və mənfi adətlərinizi gizlətməyə çalışdığınızı ifadə edir, hətta özünüzdən belə!

Bir itin ilan, əqrəb və s. kimi təhlükəli heyvanları yediyini görməyiniz yaxın bir yoldaşınızın pis bir qərarınızdan sizi döndərməyə çalışdığını ifadə edir.

Yuxunuzda gördüyünüz qara it yaxın bir dostunuz haqqında şübhələrinizi əks edir. Bu adamla bağlı ağlınızı qarışdıran bəzi məqamlar var və siz onun göründüyü kimi olmadığını düşünürsünüz.

Yuxuda it görmək

Cəfəri Sadiq yuxuda it görməklə bağlı dörd fərqli anlama işarə edir. Pis bir düşmən, gözü tox bir kişi, gözəl olmayan bir xidmətçi və məlumatsız bir kişi. Yuxuda it görmək, iti nə şəkildə gördüyünüzə görə mənası dəyişən bir yuxuyozmaya malikdir. Arzularına və zövqlərinə düşkün bir adamı təmsil edə biləcəyi kimi, düşmən də olsa eyni zamanda şəfqətli və mərhəmətli bir kəsi də təmsil edir. Dişi it isə daha çox pis xarakterli bir qadına işarə edir. Bu tərz bir qadın başınıza bəla açacaqdır. Ancaq ümumi olaraq, yuxu yaxın ətrafınızdakı dostlarınıza və düşmənlərinizə işarə edir. Yuxunuzda itə olan üstünlüyünüz və ya qələbəniz düşməninizlə və ya rəqiblərinizlə olan güc müharibəsinin nəticəsini göstərdiyi kimi, eyni zamanda gördüyünüz itin cinsi də dost və ya düşmənlərinizin, hətta sizin də öz xarakterinizin haqqında fikirlər verə bilər.

Kategoriya: Yuxuyozma   Baxilib: 143  


DİGƏR MƏQALƏLƏR