Chat Tanisliq

Yuxuda ölüm görmək, rəhmətə getmiş insanı görməyin yuxuyozması

Yuxuda ölüm görmək, rəhmətə getmiş insanı görməyin yuxuyozması

Yuxular çox zaman insanın gündəlik fəaliyyətindən, düşüncələrindən, arzularından asılı olur. Ola bilər ki, həmin adam gün ərzində vəfat etmiş qohumları haqqında çox fikirləşir, onları itirdiyinə təəssüflənir.

Yuxuda ölüm görmək, meyit görmək bir az cansıxıcı olsa da şərhi bir o qədər də elə sıxıcı deyil. Bu yuxunun şərhi müsbətdir. Yuxuda ölü görmək, sevdiyiniz bir kimsənin yaxın zamanda gələcəyinin xəbərçisidir. Xalq arasında məşhur olan təbiri isə ölən adamın ömrünün artdığına istiqamətlidir.

Yuxuda kiminsə öldüyünü görmək

Yuxunuzda bir kimsənin öldüyünü görmüşsəniz, bu yuxu ətrafınızda mənfi şərhləri və mənfi rəftarlarıyla enerjinizi oğurlayan biri olduğunun işarəsidir. Bu kəslərin sizə nəzər dəydirəbiləcəyi kimi, işlərinizlə və həyatınızla əlaqədar mənfi şərhlərinin təsiri altında da qala bilərsiniz. Bu tərz kəslərdən mümkün olduğu qədər uzaq dayanmaq lazımdır. Mənfi dünyagörüşünə sahib kəslər enerjinizi aşağıya çəktikçə, işləriniz də rast getməməyə başlayacaq.

Yuxuda ölən adamın tanımadığı bir qadın olduğunu görən kimsənin işlərində bir az çətinlik görünə bilər. Gəlirinizi itirməyəcəksiniz ancaq qısa müddətə gəlirinizdə azalma olacaq.

Yuxuda həyat yoldaşının öldüyünü görmək

Yuxunuzda ölən adam ərinizsə və öldükdən sonra dirilirse, bu yuxu, alış-veriş işləriylə əlaqədar gəlir artımının müjdəçisidir.

Kategoriya: Yuxuyozma   Baxilib: 131  


DİGƏR MƏQALƏLƏR