Chat Tanisliq

Yuxuda öpüşmək, sevişmək, xəyanət görməyin yuxuyozması

Yuxuda öpüşmək, sevişmək, xəyanət görməyin yuxuyozması

Yuxuda öpüşdüyünü görmək, dərdlərə dərman tapmağa, xəstəliklərdən, qorxulardan, şübhələrdən və borclarından xilas olmağa dəlalət edər. Yuxu sahibi özünü üzən, çətinliyə salan, əhvalını pozub, sevincini qaçıran hər cür problemdən və müsibətdən xilas olacaq, sağlamlığa qovuşacaq. Yuxuda öpüşdüyünü görən adamın hər işi yoluna girəcək və bundan sonra da işləri rast gedəcək deməkdir. Həyatı istədiyi istiqamətdə dəyişəcək və hər istədiyi, zamanı gəldiyində bir-bir gerçək olacaq. Yuxu sahibinin ətrafında pis və dedi-qoduçu kəslər olmayacaq, özü üçün yaxşı düşünən və xoş diləklər olan kəslər artacaq.

Yuxuda köhnə sevgiliylə öpüşmək

Hələ köhnə sevgilini düşünməyə və onunla bir yerdə qarşılaşmağa işarə edər. Yuxusunda köhnə sevgilisiylə öpüşdüyünü görən adam o adam ilə yenidən üz-üzə gələ bilər, problemləri həlledərsə münasibətlərinə qaldığı yerdən davam edə bilər deyə təbir edilər.

Yuxuda kişilə öpüşdüyünü görmək

Ortaq bir iş etməyə təbir edilər. Yuxu sahibi bir adam ilə ortaq şəkildə bir işə girə bilər, yarı yarıya sərmayə ilə razılaşma imzalaya bilər. Yuxusunda bir kişilə öpüşdüyünü görən adamın niyyətləndiyi iş təmiz və xeyirli olacaq.

Yuxuda qızla öpüşdüyünü görmək

Yuxu sahibinin könül əlaqəsi yaşayacağına əgər artıq bir əlaqəsi varsa da xoşbəxt sonla bitəcəyinə yozular. Xoşbəxtliyə vəsilə olacaq və nağd sıra yeni xoşbəxtliklər gətirəcək bir izdivac mənasını verər.

Yuxuda sevgiliylə öpüşdüyünü görmək

Yuxu sahibinin gerçək həyatdakı sevgilisi ilə əlaqədar bir şey öyrənəcəyindən və bunu da başqasından duyacağına təbir edilər. Əgər yuxu sahibi sevgilisindən uzaqsa yaxın zamanda sevgilisinə qovuşar.

Yuxuda birini öpdüyünü görmək

Yuxu sahibi yuxusunda birini öpdüyünü görsə əgər, işləri nizama girəcək və ticarət həyatında qara buludlar keçib gedəcək deməkdir. Uzun zamandan bəri tıxanmış olan işlər açılacaq və düyün olan problemlər həll edilməyə başlayacaq deməkdir.

Yuxuda öpüşən uşaqlar görmək ailədə xoşbəxt barışıq və işdə məmnunluğa işarədir. Yuxuda ananızı öpmüsünüzsə, sizi işdə, sevgidə uğur və dostlarınızın hörməti gözləyir. Yuxuda qardaş və ya bacınızı öpmüsünüzsə bu gələcək məmnunluqlar və mehriban dostluğa işarədir. Sevgilinizi qaranlıqda öpmüsünüzsə bu, təhlükə və rüsvayçılıq əlamətidir, işıqlıqda öpmək o deməkdir ki, qadınlara qarşı alicənab xasiyyətinizi dəyişməyəcəksiniz. Yuxuda tanımadığınız qadını öpmək əxlaqsız hərəkətlərə işarədir. Yuxuda rəqib sizin sevgilinizi öpübsə, həyatda onun hörmətini itirmək təhlükəniz var. Evlilər yuxuda bir-birlərini öpüblərsə, bu, onların evindən heç zaman əskik olmayacaq mənəvi birliyə işarədir. Yuxuda düşməninizi öpmüsünüzsə, bu onunla uğurlu barışığa işarədir. Gənc qız yuxuda sevgilisi ilə öpüşəndə qəflətən yaxalanıbsa, bu real həyatda yaxın dostları tərəfindən ona qarşı ədəbsiz, kobud hərəkətlərə işarədir.

Yuxuda cinsi əlaqədə olmaq

İnsanlar vaxtaşırı erotik yuxular görürlər. Bu, çoxlarınını narahat edir. Narahatçılığa əsas yoxdur, çünki sıx-sıx görülmədiyi halda belə yuxular normaldır. Amma seksoloqlar davamlı erotik yuxuların görülməsini seks azlığı, onun qaneedici, mütəmadi olmaması ilə əlqələndirirlər.

Buna baxmayaraq, erotik yuxular həmçinin digər məsələlər haqqında da xəbər vermə qabiliyyətinə malikdirlər.
Məsələn, əgər adam özünü yuxuda lüt görürsə, deməli seksual həyatını rəngləndirmək istəyir, ya da yenilik etməyə ehtiyac yaranıb.
Əgər işdə xoşagəlməz rəhbərlə seks yuxunu qarışdırırsa, real həyatda bunun intim duyğularla heç bir əlaqəsi yoxdur. Bunun insanın özü ilə əlaqəsi var, yəni üzərinə daha böyük məsuliyyət almaq, irəli getmək niyyətindədir. İntim duyğularla əlaqəsi olmasa da dolayısı yolla bir-birini tamamlayır. Əlbəttə ki, rəhbər işçi ilə seks “yeni üfüqlər açmağa” köməklik göstərə bilər.
Şiddətli seks yuxusu insanın içində toplanıb qalmış qəzəbdir. Bu o deməkdir ki, yuxunu görən öz duyğularını ələ almalı, qəzəbini cilovlamağı bacarmalıdır.
Keçmiş sevgili ilə seks yuxusu yeni sevginin müjdəçisidir. Yeni münasibətlərdən xəbər verir.
Özünü başqa vücudun içində sevişərkən görmək – real həyatda kiminsə yerinə göz dikmək deməkdir. Yaxud da öz xarakterinə uyğun olmayan addım atmağa, davranmağa işarədir.
Başqasının intim səhnəsinə yuxuda şahidlik etmək özünü daha da ictimailəşdirmək, sosiallaşdırmaq istəyindən yaranır.
İnsanın öz cinsi ilə seks yuxusu onun daxili maraqlarına işarə edir. Bu insan həyatda nəsə yeni bir şeyin dadına baxmaq istəyir. Amma oriyentasiyanı dəyişməyə tələsməyin, unutmayın ki, yuxular çox zaman tərsinə yozulur.

Kategoriya: Yuxuyozma   Baxilib: 152  


DİGƏR MƏQALƏLƏR