Chat Tanisliq

Yuxuda qar görməyin yuxuyozması

Yuxuda qar görməyin yuxuyozması

qar görmək, qarın yağdığını görmək, qarla bağlı digər əlamətlər görmək hansı anlamı verir?
Yuxuda qar görmək

Yuxuda qar görmək yaxşılıq əlamətidir. Yuxu sahibinin başına yaxşı iş gələcəyinə, xəstəlikdən qurtulacağına, yaxşı xəbər alacağına işarədir. Yuxuda qar görmək yuxu sahibinin pis vərdişlərindən əl çəkəcəyi kimi yozulur.

Qışda qar görmək düşmənə qalib gəlmək deməkdir. Qar olmayan mövsümdə yuxuda qar görmək yaxşı əlamət deyil. Yuxunu görən şəxsin özünün və ya yaxınının xəstələnəcəyinə, planlarının pozulacağına işarədirş

Yuxuda qar yağdığını görmək yaranacaq gərginlikdən xəbər verir. Lakin yuxu sahibi buna əhəmiyyət verməyəcək. Yuxu yozanlar buna digər şərhlər də verirlər.

Yuxuda qar fırtınası görmək

Bu, pis vəziyyət deməkdir. Yuxu sahibinin həyatındakı sıxıntılardan xəbər verir. Yuxuda qarın fırtınaya çevrildiyini görmək maddi və mənəvi zərərdən xəbər verir.

Yuxuda lopa-lopa qar yağdığını görmək

Bu, yuxu sahibi üçün müsbət əlamət sayılır. Bolluqdan, bərəkətdən xəbər verir. Ailədə və iş həyatında hər şeyin yoluna düşəcəyi deməkdir.

Yuxuda payızda qar yağdığını görmək

Bu, yuxunu görən şəxsin həyatında problemlərin yaranacağına, çətin dövr keçirəcəyinə, ailəsindən yardım alacağına işarədir. Uzun müddətli eşq münasibətinin sona çatması kimi də yozulur.

Yuxuda qar fırtınası görmək

Yuxuda qar fırtınası görmək həmin şəxsin eşq həyatında bəzi yeniliklərin olacağına, stressli və narahat olacağına işarədir. Həmçinin evdə yaranacaq problemlərə də dəlalət edir.

Yuxuda sulu qar görmək

Bu, yuxunu görənin uzun fasilədən sonra rahatlıq tapacağına, iş və həyatda hər şeyin yoluna düşəcəyinə işarədir. Yaxşı müşdə almaq ehtimalı da vardır.

Yuxuda mövsümi qar görmək

Bu, yuxunu görən şəxsin işinin dəyərinin bilməsi gərəkdiyini xəbər verir. Evdə xoş xəbərlər eşidiləcək.

Yuxuda qardan adam görmək

Kategoriya: Yuxuyozma   Baxilib: 109  


DİGƏR MƏQALƏLƏR