Chat Tanisliq

Yuxuda su görməyin yuxuyozması

Yuxuda su görməyin yuxuyozması

Yuxuda təmiz su görmək o deməkdir ki, sizi sevinc, xoş güzəran gözləyir; əgər su bulanıqdırsa, siz təhlükədə olacaqsınız və ümidsizlik sevinci əvəz edəcək.

Əgər evinizdə su dağılıbsa və artırsa, bu o deməkdir ki, siz pisliyə qarşı mübarizə aparacaqsınız və müqavimət göstərəcəksiniz, lakin suyun azaldığını görsəniz, bu pis əlamətdir, siz təhlükəli mühitə düşəcəksiniz. Nəm torpaqda gedirsinizsə və ayaqlarınızın yaş olduğunu görürsünüzsə, bu, xoşagəlməz hadisələrə, xəstəlik və kasıblığa işarədir.

Bulanıq suya düşmək o deməkdir ki, siz ciddi səhvlər edəcəksiniz və bundan kədərlənəcəksiniz. Bulanıq su içmək xəstəliyə işarədir, lakin təmiz və təzə su içmək ən xoş arzuların həyata keçməsindən xəbər verir.


Suda idmanla məşğul olmaq gözlənilməz sevgi və ehtiras əlamətidir. Əgər yuxuda başınıza su damcıları sıçrayırsa, bu o deməkdir ki, sizi xoşbəxt sonluqla bitəcək ehtiraslı sevgi gözləyir. Aşağıdakı yuxu və hadisələr real həyatda yuxuları yozan qadın tərəfindən belə izah edilir: “Hansısa tərzdə mən yuxuda mavi sularda ağappaq qar kimi görünən şlyupka ilə üzürdüm. Növbəti gecə mənim çox gözəl, cəzbedici qonağım-gənc kişi oldu. O mənimlə həmin gecəni qaldı və buna görə mən ciddi şəkildə ittiham olundum”. Beləliklə, mavi su və gözəl ağ şlyupka qəm, kədər simvolu oldu.

Kategoriya: Yuxuyozma   Baxilib: 107  


DİGƏR MƏQALƏLƏR