toyuq resepti

Toyuq Qizartmasinin Resepti (Yeni)
Tərkibi:
2 ədəd toyuğun döş əti
4 qaşıq xardal
1 yemək qaşığı kəklikotu
1 yemək qaşığı quru nanə
1 yemək qaşığı qırmızı bibər
1 çay qaşığı qarabibər
Çox az cəfəri
Çox az təzə nanə
1 çay qaşığı duz

Hazırlanması:
Sobaya uyğun bir qaba toyuğun döş ətinini qoyuruq. 
Üzərinə xardal qoyuruq. 
Cəfərini və nanəni incə doğrayıb əlavə edirik. Kəklikotu, nanə, qırmızı istiot, qara istiot və duzunu da əlavə edib, yaxşıca canına çəkməsi üçün qarışdırırıq. 
Əlimizlə yuvarlaq olması üçün forma veririk. 180 dərəcə isitdiyimiz sobada 20 dəqiqə bişiririk. 5 dəqiqə qədər sobada saxlayıb çıxarırıq. 
Yaxşıca soyuyan toyuqların üzərinə solafan keçirib bir gecə soyuducuda saxlayırıq. 
Toyuqların üzərindəki ədviyyatların quruduğunu düşünməyin, sabaha qədər gözlədikdən sonra yumşaq bir hala gəlir. 
1 gün gözlətdiyimiz toyuqlarımızı incə-incə dilimləyib soyuq bir şəkildə masaya gətiririk. 

Nuş olsun!
 
К началу