Sevgilim sevirəm səni

 Sevirəm ilk eşqim sevirəm səni
Sevgilim sevirəm səni

Gözəlim ürəkdən sevirəm səni 
Amandır incitmə, incitmə məni 
Nə olar sındırma sevən qəlbimi 
Dərdindən olmuşam dəli-divanə 
Sevgilim gəl mənə olma biganə. 

Sevgilim sənsiz bu həyat haramdır mənə 
Gözəl gülüşün bəs edər səni sevənə 
Heyranam gözlərinə qurbanam sənə 
Sən bir şamsan mənsə pərvanə 
Sevirəm gəl olma mənə biganə. 

Eşqinin əsiriyəm gülüm, yanır ürəyim 
Gəl söndür odumu gəl ol gərəyim 
Sənsiz haramdır duzum çörəyim 
Bu sevən qəlbim belə qurbandır sənə 
Sevgilim gəl mənə olma biganə 
Sevirəm gəl olma mənə biganə

Sevirəm ilk eşqim sevirəm səni

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Sevirəm səni
Xəyallarımda hər zaman sən yaşayacaqsan. 
Əvəzsiz bir sevgili yarım olacaqsan. 
Yalnız sən mənimsən, mənə qalacaqsan. 
Ağrılı qəlbimin sən ey sevgilim, 
Loğmanı, dərmanı, tək yarı, sən olacaqsan!!! 

Sən mənə göylərdə uçan mələksən, 
Ağrılı qəlbimdə açan çiçəksən. 
Ruhumda, ruhunu sevibdir sənin, 
Ağrılı qəlbimi sağalt sən mənim. 
Yalnız sənə ehtiyacı var sevən qəlbimin!!! 

Sevmişəm, sevirəm, sevəcəm səni. 
Elə hey, həsrətdə saxlasan məni, 
Vermərəm əlimdən yadlara, vermərəm səni. 
İndi dəli divanə etmisən, gülüm sən məni 
Röyalarımda, yaşadacam hər zaman səni!!! 


Yaman sevgi

Mən səni sevirdim sevməz olaydım
Kaş bu dünyada sənsiz qalaydım
Sən məni aldatdın mən isə inandım
Sevgi alovunda alışıb yandım

Bütün sevgimi mən sənə vermişdim
Səni yeganə sevgim bilmişdim
Sən isə vəfasız insafsız çıxdın
Mənim sənə olan sevgimi yıxdın

İndi sənin öz həyatın mənim öz taleyim var
Görən səni sevəcəkmi sevdiyin o yar?
Mən səni unutmamışam unutmaram heç
Ay Allah sən özün günahımızdan


 

ÖMRÜMÜN MENASI, SEVİREM SENİ!
( Amil Növres )

Menden teleb ele, sevgini iste,
Sevginden olmuşam Mecnun tek xeste,
Ne desen, sevgilim, gözlerim üste.
Ömrümün menası, sevirem seni!

Dağ çekme qelbime, silinen deyil.
Bax gözüme, biraz danış, biraz gül,
Min defe demişem, deyim yene bil.
Ömrümün menası, sevirem seni!

Seni düşünürem men gündüz, gece,
Xeyallar qururam senden gizlice
Sebebin soruşma, bil ki sadece
Ömrümün menası, sevirem seni!

Sevgimiz saf olsun, sevgimiz temiz,
Sevgimiz bir ümman, sahilsiz deniz!
Sevgimin sübutu bu cemi 4 söz:
"Ömrümün menası, sevirem seni!"

Sen dövletim, sen varım, sen her şeyim.
İstemerem heç vaxt qelbine deyim.
Mene " Amilim" de, qayıdım deyim-
"Ömrümün menası, sevirem seni"
Bir ömür boyunca sevecem seni.


 
Saf bir məhəbbətdir mənim diləyim
Yar məni sevməsə vurmaz ürəyim
Sənsə naz edirsən sevmirsən məni
Məni sevməyinçün söylə neyləyim...?

Hər şeyim sənindi söylədim sənə
Səndən istədiyim saf sevgi oldu
Arzumu, diləyimi vermədin mənə
Məni sevməyinçün söylə neyləyim...?

Mən səni özümə sirdaş bilmişəm
Hər nə edirsən et qəbul etmişəm
Məni sevmədiyini çox gec bilmişəm
Məni sevməyinçün söylə neyləyim...?

Deyirəm qoy hamı eşitsin bunu
 
К началу