Fındıqlı və şokoladlı şarlar

Nuş olsun!
Hazırlanma qaydası
Hazırlanması iki etapdan ibarət və çox sadə olan bu fındıqlı, şokoladlı şarlar - dadlı olmaqla birgə süfrələrinizə bəzək gətirəcək. 
İlk 6 inqredientlər (xurma, kakao, findıq ləpələri, əncir qurusu, vanil, kokos yağı) mətbəx kombaynından keçirilir. Fındıq ləpələri tam əzilmiş şəkilə gəldikdə, iki əllə alınmış kütlədən balaca kündələr hazırlanır. Digər boşqaba kakao əlavə edilir və hər kündə hər tərəfli kakao ilə örtülür. Qapalı, hava çəkməyən qaba yığılaraq bir həftə sərin yerdə saxlanılır (lakin çətin ki onları yemədən bir həftə saxlaya biləsiniz)
Ərzaqlar:
20 ədəd üçün:
yarım stəkan tumu çıxarılmış xurma
3 x/q kakao 
3/4 stəkan fındıq ləpələri
6 ədəd əncir qurusu (yarım stəkan)
1 ç/q vanil 
1 ç/q kokos yağı
yaymaq üçün əlavə olaraq kakao 
 
К началу