Uşağınıza müstəqillik verin

 
Uşağınıza müstəqillik verin
Uşağın müstəqil edə biləcəyi nəyisə onun əvəzinə yerinə yetirməkdən nə zaman imtina etmək lazımdır?

1. Ana hər səhər yeniyetmə oğlunu, qızını yuxudan oyadır, hələ desən, vaxtında yataqdan qalxmaq üstündə saxaşır da. Oğlunuzun, qızınızın nə üçün mənə filan şeyi almadın, tikmədin, xatırlatmadın...sayaq iradları necə, sizə tanışdır? Əgər hər iki suala müsbət cavab versənizsə, deməli, övladınızın şəxsi işlərindən ötrü qayğı və məsuliyyəti yavaş-yavaş, amma müntəzəm olaraq onun öz öhdəsinə qoymağı vaxtı yetişib. Bundan başqa, ev təəsrrüfatında övladınızın gücü çatacaq vəzifəsi mütləq olmalıdır.

2. Nə qədər paradoksal olsa da, hər bir uşağın şəxsi mənfi təcrübəyə ehtiyacı var. Bir şərtlə ki, bu təcrübəonun həyatı və ya səhhəti üçün təhlükəli deyiol. Uşağın öz fəaliyyətinin uğursuz nəticələri ilə qarşılaşmasına imkan verin. Yaalnız bu zaman o, böyüyəcək və müstəqil olacaq. Övladınızın yaxşılığından ötrü sizin vacib, düzgün hesab etdiyiniz işlərə onu təhrik etməyin. Ona seçim imkanı verin. Variant nə qədər çox olsa, bir o qədər yaxşıdır. Qoy son qərarı o, özün çıxarsın.

3. Məktəbəqədər yaşından uşağı anasına gücü çatan köməyi göstərməyə alışdırın. Uşaq bağçasında, yaxud sizdən ayrı olanda nələrin baş verdiyini soruşarkən təkcə övladınızın deyil, həm də onun dostlarının problem və uğurları ilə maraqılanın. Əgər övladınız öz doğmalarının və dostlarının qayğı və ehtiyaclarına qarşı diqqətlidirsə, onlarınn səsinə hay verirsə, deməli, eqoizm duyğusu hələlik ondan uzaqdır. Qoca vaxtınızda sizə etibarlı dayaq olacaq insan tərbiyə etmək şansını hələ itirməmisiniz.
 
К началу