Allahla dost olmağın sadə yollari

Evinizi təmizləyən zaman Allahdan istəyin ki, ürəyinizi də çirk və pisliklərdən təmizləsin, onu pak etsin.
Şübhəsiz ki, bütün ibadətlər bizi Allaha yaxınlaşdırar və gözəl rabitə qurmağımıza yardım edər.
Onlardan hər birini tərk etmək bu rabitəni soyudar və bizi uzaqlaşdırar. Bununla yanaşı, bəzi yollar vardır ki, bəzən biz onlardan qafil oluruq. Çox sadə və əməl oluna bilən işlərdir ki, bizi Allahın dostu edər. (Tebyan)

1. Gün ərzində bir neçə dəqiqə özünüzlə xəlvət edin və Allahla rabitə qurun. Allahın sizə verdiyi nemətlər haqqında düşünün: peşə, evlilik, məskən, təhsil, övlad, sağlamlıq kimi. Allaha bütün bu nemətlərə görə təşəkkür edin.

2. Ailə albomunuzu açın və orada olan yaxın qohumlarınızın şəkilinə baxa-baxa, Allahla söhbət edin. Deyin ki, Allahım, anama cansağlağı ver, övladıma zehin açıqlığı ver, bacıma bol ruzi ver və sair. Bu yolla Allahla rabitə qurun.

3. Sökülmüş evlərə tamaşa edin. Düşünün ki, xarab etmək nə qədər də asan bir işdir. Allahdan istəyin ki, başqaları ilə rabitələrinizi islah etməyinizdə sizə yardım etsin. Əgər kiminsə ürəyini sındırmısınızsa, ya zülm etmisinizsə - səhvlərinizi düzəltmək üçün Allahdan yardım istəyin.

4. O zaman ki, əzizlərinizlə görüşürsünüz, o cümlədən valideyn, dost və ya bacı-qardaşınızla - bu rabitəyə görə Allaha təşəkkür edin.

5. Keçmişdə baş verən acı xatirələri yadınıza salın. Bütün bu hadisələrin keçici olduğu üçün Allaha şükür edin, təşəkkür edin ki, sizi hələ də tək qoymamışdır.

6. Əgər kimsə sizə hədiyyə və ya müjdə verərsə, nə qədər sevinərsiniz. Bu halı hər gün Allahın qarşısında da hiss edin. Çünki Allah sizə hər an elə hədiyyələr verir ki, başqalarının ona verməyə qüdrəti yoxdur. Qəflət yuxusundan ayılın və Allaha verdiyi bu qədər nemətə görə təşəkkür edin. Sağlam oldunuz, ayaqda olduğunuz, ailə sahibi olduğunuz, ruziyə malik olduğunuz üçün.

7. Günah məclisində iştirak etməmək, özünü günahdan qorumaqdan daha asandır. Ona görə asan yolu seçin və Allaha təşəkkür edin ki, sizə belə bir tofiq vermişdir.

8. Allahdan qeyrisindən istədiklərinizə görə, Ondan üzr istəyin. Allahdan istəyin ki, sizə Ondan istəmək tofiqini əta etsin.

9. Çoxlu danışmayın ki, Allahla söhbət etmək üçün fürsətiniz çox olsun. Çox danışan insanlar həmişə nigaran və pərişandırlar. Halbuki, Allahla danışmaq insana ancaq rahatlıq gətirər.

10. Heç bir gözləntiniz olmadan sevmədiyiniz insanlara hədiyyə verin. Allahla bu haqda söhbət edin.

11. Əgər harasa gedirsinizsə və növbəyə durmalı olursunuzsa, ona və buna baxmaq yerinə Allahla rabitə qurun. Allaha bu rabitə üçün səmimi təşəkkür edin.

12. Yatan zaman dəstəmaz alın və üzü qibləyə uzanın. Sizin yuxunuz belə, Allahla rabitə qurmaq olacaqdır.

13. Başqalarında gördüyünüz müsbət cəhətləri yadınıza salın. Başqalarının bu sifətlərini Allaha söyləyin. Sizi sevən insanlara görə Allaha təşəkkür edin.

14. Evinizi təmizləyən zaman Allahdan istəyin ki, ürəyinizi də çirk və pisliklərdən təmizləsin, onu pak etsin.
 
К началу