Qadınsız hüzurun olmadığını anlayacaqsan

Boynunda cinsiyyət asqısı, alnında namus işarəsi, dünyanın orta yerində, tam da mərkəzində daşıyar kədəri..
Ən qədim hekayədir Qadın... Saçından iqtidar, makiyajından mədəniyyət yaradılan.... ''Kişi" ve "Olmaz'' kəlimələrinin arasında nəfəs almağa çalışarkən Qadın... Boynunda cinsiyyət asqısı, alnında namus işarəsi, dünyanın orta yerində, tam da mərkəzində daşıyar kədəri... Aşiq olunası, hətta eşqdən öldürüləsidir nəzərdə.... Bu üzdən yaşayan hər qadına ölü bir çiçək, ölən hər qadına canlı bir şam ağacı kimi baxılar.... Hər kəs ömrü boyunca bir qadını öldürər mənən.... Kimi dünyaya gətirərkən, Kimi dünyaya gətirdiyi tərəfindən.... Kimi alın tərinde boğar, Kimi şəhvətinə qurban verər.... Bəziləri çox sevərək, Bəzilərı heç sevməyərək öldürər.... Bəzən də yox sayaraq dizlərinin üzərinə düşdüyü küçələrdə... Kimi işgəncələrə dözərək öz sui-qəsdini imzalayaraq.... Qadının haqqı mentalitetdir, adət-ənənədir, günahdır.... Hüzur nədir bilməz qadın.... Gülüşü tapılmaz dəyərli zinət əşyasıdır.... Öz yuvası açıq həbsxana olar.... Küçədə namusunu, evdə ər qohumları yanında həyasını qorumalıdır... Gəzsə günah... Ağlasa ayıb... Qaçsa ədəbsiz.... Və Ölsə bəxtsiz... Qadın olmaq yağmuru yaradıb, İldırımdan alov almaq kimi sanki bir 5ci fəsildir.... Bayraq sancan, Zəhər udan, Sülh yaradan qadınlar... Polad ürəkli, Sürmə saçlı, Kaman qaşlı, Göy baxışlı, Kənd yorğunu, Övlad vurğunu, Əri şəhid qadınlar... Acısı sonsuz, Sözü deyilməz, Xəyalı yasaq, Yolu bağlı.... Qadınsa hayqırar, amma səsi uzaq... İndi bir bulud al öz payına qadının göy üzündən... Bir qadının taleyini geyin öz həyat yoluna... Bir dəqiqə belə dözə bilsən onun yerində, Onsuz hüzurun olmadığını anlayacaqsan...
 
К началу