Nevroz xəstəliyi və müalicəsi

Nevroz
Nevrozlar – zədələyici faktorların təsiri və mərkəzi sinir sisteminin pozğunluğu nəticəsində yaranan psixi patologiyadır. Düzdür, nevrozların yaranmasının əsas səbəbi psixi travmalardır, lakin xəstəliyin yaranmasında irsiyyət, emosional həssaslıq və narahatlıq kimi amillər də böyük rol oynayır. Eyni zamanda hədsiz yorulan və yuxusuz qalan insanlar daha çox nevroza tutulur.
 
Nevrozlar – zədələyici faktorların təsiri və mərkəzi sinir sisteminin pozğunluğu nəticəsində yaranan psixi patologiyadır. Düzdür, nevrozların yaranmasının əsas səbəbi psixi travmalardır, lakin xəstəliyin yaranmasında irsiyyət, emosional həssaslıq və narahatlıq kimi amillər də böyük rol oynayır. Eyni zamanda hədsiz yorulan və yuxusuz qalan insanlar daha çox nevroza tutulur.
 
Nevrozlar arasında nevrasteniya, isterik nevroz, nevrotik depressiya və sayrışan hallar nevrozu ayırd edilir.
Nevrasteniya – oyanıqlıq, əsəbilik, tez qıcıqlanma, sinir sisteminin yorulması və üzülməsi ilə özünü göstərir. Belə xəstələr ürəkdöyünmə, tərləmə, yuxu və iştahanın pozulması, əl və ayaqların soyuq olmasından şikayətlənir. Nevrozdan əziyyət çəkən insanlar temperatur dəyişikliklərinə, gur işıq və yüksək səslərə davamsızdır. Tez-tez baş ağrıları baş verir. Küsəyənlik, ağlağanlıq, özündən narazılıq xəstələrin əsas xüsusiyyətləridir. Tez ruhdan düşür, lakin tez də özlərinə gəlirlər.
 
İsterik nevroz yüksək özünə təlqinlə xarakterizə olunur. Çox vaxt xəstənin bədəni titrəyir, ətrafları keyiyir, yanır, əl və ayaqları zəifləyir, xəstə yeriyərkən səndələyir, bəzən kekələyir, dili tutulur. Əhvalı çox tez-tez dəyişir. Xəstələr diqqət mərkəzində olmaq, ətrafdakıların fikrini özlərinə yönəltmək üçün özlərini teatral və qeyri-təbii aparır.
 
Nevrotik depressiya
 Sözübütöv, kompromisi xoşlamayan, hislərini gizlədən insanlarda rast gəlinir. Depressiya özünü kədərlənmə, sevinc hissinin və aktivliyin azalması, yuxu pozğunluğu ilə göstərir. Xəstələr yuxuya çətinliklə getdiklərinə və gecə ərzində bir neçə dəfə oyandıqlarına görə səhər yorğun və əzgin olurlar. Lakin buna baxmayaraq, çox ağır xəstə olsalar da bu insanlar sabaha ümidlərini itirmir. Ailə problemlərindən qaçmaq üçün işə qapılırlar.
 
Sayrışan hallar nevrozu zamanı həyəcan, qorxu, əhvalın pisləşməsi ilə müşayiət olunan sayrışan fikirlər, ürəkdöyünmə, titrətmə, tərləmə kimi əlamətlər müşahidə olunur.
 
Nevrozlar zamanı fitoterapiya
Dərman bitkilərindən daha çox eleuterokok, rozmarin, aptek çobanyastığı, istiotlu nanə, kərəviz, lavanda istifadə olunur. Bu bitkiləri həm tək-tək, həm də qarışıq halda işlətmək olar.
 
Qarışıq halda
Hərəsindən 2 xörək qaşığı dərman pişikotu kökü, razyana otu, yemişan meyvəsi və mərəçüyüd otu, 1 xörək qaşığı inciçiçəyi çiçəyini qarışdırın. 3 xörək qaşığı qarışığın üzərinə 1 litr qaynar su töküb, 30 dəq. dəmləyin. Süzdükdən sonra soyuducuda saxlayın. Gündə 6 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən 15-20 dəq. əvvəl için.
 
Başqa bir qarışım
Hərəsində 3 xörək qaşığı pişikotu kökü, istiotlu nanə yarpağı və bədrənc otunu xırdalayıb qarışdırın. Yarım xörək qaşığı yığıntını 250 ml qaynar suda 12 saat dəmləyin. Sonra odun üzərinə qoyub 3 dəq. qaynadın, soyudub süzün. Yatmazdan əvvəl kiçik qurtumlarla için. Müalicəni 7 gün davam etdirin.
 
Bitki dəmləmələri ilə sakitləşdırıcı vanna
Şam tumurcuğu, boymadərən otu, pişikotu kökünün hərəsindən 1 xörək qaşığı, aptek çobanyastığı çiçəyindən 2 xörək qaşığı, kəklikotu otu, rozmarin otu, dazıotu otu, lavanda otunun hərəsindən 3 xörək qaşığı, istiotlu nanə yarpağından isə 4 xörək qaşığı qarışdırın. Yığıntıdan 6 xörək qaşığı götürüb 4 litr qaynar suda 30 dəq. dəmləyin və süzün. Dəmləməni isti su ilə doldurulmuş vannaya tökün və yatmazdan qabaq 10 dəq. müddətində vanna qəbul edin. Kurs ərzində 12-15 vanna qəbul etmək olar.
 
Palçıqla müalicə
3 diş sarımsağı əzib 50 qr müalicəvi palçıqla həmcins kütlə alınana qədər qarışdırın. Palçığı alnınıza və gicgahlarınıza çəkin. 20 dəq. saxladıqdan sonra yuyun. Baş ağrıları zamanı proseduru təkrar etmək olar.
 
azadqadin.az
 
К началу