Xanımlar üçün vacib evdarlıq sirrləri

Pas ləkəsini təmizləmək üçün onu limonlu və duzlu su ilə yuyun.

Evdar xanımlar hər zaman ideal iş görmək arzusundadırlar. 

Xanımlara lazımlı olacaq məsləhətlər təqdim edirik:

• Paltardakı qurumuş qan ləkəsini təmizləmək üçün 1 litr suya 3 xörək qaşığı ammonyak töküb, ləkə yerini ovuşdurun. Əgər qan ləkəsi təzədirsə, onu nişasta ilə təmizləyə bilərsiniz.

• Paltara düşən mürəkkəb ləkəsini çıxartmaq üçün onu qliserinlə silin.

• Mebellərə və paltara düşən qırmızı şərab ləkəsini yalnız benzinlə təmizləmək mümkündür.

• Ayaqqabıdakı ləkələri təmizləmək üçün onu spirtlə silin.

• Rəngli paltardakı ləkəni təmizləmək üçün onu ammonyak və 90 %-li spirt qatılmış su ilə ovuşdurun.

• Pas ləkəsini təmizləmək üçün onu limonlu və duzlu su ilə yuyun.

Ads
 
К началу