Sərin çiyələkli tort HAZIRLANMA QAYDASI

İsti havalarda soyuq tort yemək istəyirsiniz?

Metbuat.az hazırlanması asan, dadından doymayacağınız biskivitli çiyələkli tortun reseptini təqdim edir:

Tərkibi:

2 paket biskvit
2 su stəkanı süd
1 çay stəkanı toz şəkər
Çiyələk

Kremi üçün:

2 yemək qaşığı nişasta
2 yemək qaşığı düyü unu
1 ədəd yumurta sarısı
1 stəkan toz şəkər
2 su stəkanı su
4 stəkan süd
1 paket vanil

Hazırlanmasına gəldikdə, kremi üçün nişasta, düyü unu, yumurta sarısı və suyu mikserlə çırpın.

Ayrı bir qazanda 4 stəkan südü qaynadın. Südün içinə çırptığınız qarışığı və şəkəri əlavə edib qatılaşana qədər bişirin. Ocaqdan almadan əvvəl içinə vanil əlavə edin. Hamar bir səviyyəyə gəlməsi üçün mikserlə yaxşıca çırpın.

Ayrı qabda 2 su stəkanı süd və 1 çay stəkanı şəkər tozunu yaxşıca qarışdırın, sonra biskvitləri bu qarışıq ilə isladın. Tort qabına qarışımı ardıcıllıqla biskvit, krem və dilimlənmiş çiyələk olmaq üzrə yerləşdirin.

Ən üstə qalan kremi yayın və çiyələkləri düzün.

Soyuq olaraq servis edin.

Nuş olsun!

 
К началу