Ev şəraitində dadlı Nutellanın hazırlanması

Kiçiklərin və həmçinin böyüklərin də sevimli qidalarından olan Nutellanı ev şəraitində də hazırlamaq mümkündür.
Təqdim edilən reseptlə buna nail ola bilərsiniz.

Lazım olan məhsullar:
- Süd – 4 stəkan
- Fındıq (araxis və ya qoz) ləpəsi – 3-4 xörək qaşığı
- Şəkər tozu – 4 stəkan
- Buğda unu – 4 xörək qaşığı
- Tünd kakao – 6 xörək qaşığı
- Kərə yağı – 200 qr
- Duz – 1/2 çay qaşığı
Hazırlanması:
1. Bir qabda şəkər tozu, kakao və un qarışdırılır.
2. Sonra tədricən, az-az süd əlavə edilir, düyünlər qalmamalıdır.
3. Südün hamısı əlavə ediləndən sonra alınan kütlə tavaya tökülür və odun üzərinə qoyulur.
4. Zəif odda qaynayana qədər bişirilir, yanmaması və tavanın dibinə yapışmaması üçüntez-tez qarışdırılır.
5. Sonra blenderdə xırdalanmış və ya həvəngdəstədə döyülmüş fındıq, yağ, duz əlavə olunur və qarışdırılır.
6. Nutella qatılaşana qədər mütəmadi qarışdırılaraq odda bişirilir.
Hazır Nutella soyudulur, qapaqlı bankaya tökülür və soyuducuda saxlanılır. Ev şəraitində bu üsulla hazırlanan Nutella bircinsli kütlə şəklində alınır, elastik olur və buterbrodların, peçenyelərin üzərinə rahat çəkilir.
Nuş olsun!

Saglamolun.Az

 
К началу