Südlü mərcimək şorbası

Kərə yağı və duru yağ qazana əlavə edilərək qızdırılır.
Ərzaqlar:
2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı duru yağ
1 ədəd baş soğan
2 yemək qaşığı un
1,5 stəkan qırmızı mərcimək
1 stəkan süd
1,5 l su
Duz

Hazırlanma qaydası:

Kərə yağı və duru yağ qazana əlavə edilərək qızdırılır. Sonra xırda doğranmış baş soğan qovrulur. Un əlavə edilərək rəngi tündləşənə qədər qovrulur və yuyulmuş mərciməklər əlavə edilir. Bir az qarışdırdıqdan sonra üzərinə su tökülür. Qazanın qapağı bağlanaraq bişirilir. Mərciməklər bişdikdən sonra şorba blendrdan keçirilir. Süd və duz əlavə edilərək 4-5 dəqiqə də vam odda qaynadıldıqdan sonra ocaqdan götürülür.

Nuş olsun!
 
К началу