Evdə istifadə olunan təhlükəli məhsullar

daha sağlam bir həyata sahib ola bilərik. 
Gündəlik həyatımızda davamlı olaraq istifadə etdiyimiz kimyəvi məhsulların çoxu təhlükəlidir. Ancaq müəyyən məqsədlərlə və uyğun bir şəkildə istifadə edilsə, az da olsa təhlükələrdən yayınmış olarıq. Gəlin baxaq, hansı məhsullar nə dərəcədə zərərlidir. Otaq spreyləri: Otaq spreylərinin içərisində çox sayda təhlükəli kimyəvi maddə var. Formaldehit ağciyər və selik membranlarına zərər verər və xərçəngə yol aça bilər. Kiçik molekulları yanıcı xüsusiyyətdə olub gözə, dəriyə və ağciyərlərə zərər verər və həssas insanlarda ölümcül ağciyər şişlərinə səbəb ola bilər. Bəzi otaq spreyləri zəhərli allergiya reaksiyalarına səbəb ola bilər. Bəzilərinin tərkibində aerozol propelanları olduğu üçün tənəffüsü çətinləşdirir və sinir sisteminin pozulmasına səbəb ola bilər. Ağardıcılar: Ağardıcılar tənəffüs zamanı və dəri ilə təmas etdikdə dəri və tənəffüs sistemində çətinlik törədir. Ölümcül xüsusiyyətdə olan qazların meydana gəlməməsi üçün amonyak, tualet təmizləyiciləri və ya quru təmizləyicilər ilə əsla qarışdırılmamalıdır. Quru təmizləyicilər:Quru təmizləyicilərin tərkibində natrium hidroksid və ya sülfürik turşusu var. Hər ikisi də dəri ilə təmasda olarsa kimyəvi olaraq ciddi yanmalara səbəb olur. Göz ilə təmasda korluğa səbəb ola bilər. Paltaryuyan vasitələr: Paltar yuyucularnın tərkibində bir çox kimyəvi maddələr vardır. Ağıza düşdükdə və ya kiçik tozcuqlarının buruna getməsi ürək bulanması, qusma, sıxılma və komaya səbəb ola bilər. İonik olmayanlar da korlayıcı xüsusiyyətdədir. Bəzi insanlar da yuyucularda olan boya və ətirlərə qarşı həssas ola bilər. Naftalin: Naftalin zəhərlidir və baş gicəllənməsi, baş ağrısı, gözdə, dəridə və tənəffüs sistemində korlayıcı təsirə malikdir. Uzun müddət tənəffüs edilməsi də katarakt meydana gəlməsinə və ya qaraciyər xəstəliyinə səbəb ola bilər. Mühərrik yağları: Mühərrik yağlarında olan hidrokarbonlar xərçəngə gətirib çıxarar. Bir çox adam mühərrik yağlarında olan və sinir sistemi, həmçinin digər orqanlara ciddi zərərlər verə bilən ağır metalların olduğundan xəbərdar deyil. Ocaq Təmizləyiciləri:Ocaq təmizləyicilərinin içində olan natrium hidroksid və kalium hidroksid aşındırıcı qüvvətli əsaslardır. Eyni zamanda udulması vəziyyətində də ölümcül təsir göstərə bilər. Buxarının tənəffüs edilməsi halında və ya dəri ilə təmas etdikdə də kimyəvi yanıqlar və ciyərlərdə aşınmaya səbəb olur. Siçan zəhərləri:Siçan zəhərləri (rodentisitlər) keçmişdə olduğu qədər zəhərli olmasalar da hələ insanlar və heyvanlar üçün zəhərli xüsusiyyətdə daşımaqdadır. Şüşə silən məhlullar: Şüşə silərkən istifadə edilən mayelərin ağıza düşməsi zəhərlənmə ilə nəticələnə bilər. Eyni şəkildə dəri ilə təmasda olarsa, zəhərli təsir göstərir. İçində olan qlikol beyin, ürək və böyrəklərə ciddi zərər verib ölümə səbəb ola bilir. Buxarının tənəffüs edilməsi baş gicəllənməsinə səbəb ola bilər. İzopropil spirt mərkəzi sinir sisteminə təsir edir və keylik, huşunu itirmə və bəzi vəziyyətlərdə ölümə səbəb ola bilir. Tərkibində bir başqa maddə olan metanol da beynə, qaraciyərə və böyrəklərə zərər verə bilər, korluğa səbəb olar. Yuxarıda adı çəkilən kimyəvi təmizləyiciləri gündəlik həyatımızdan çıxarmaq mümkün deyil. Lakin onların zərərli xüsusiyyətlərini bilərək ehtiyatlı davranmaqla daha sağlam bir həyata sahib ola bilərik. 
 
К началу