Bir qəhvənin 40 illik xətri var!

Qəhvə haqqında hələlik bu qədər. Kim necə qəhvə hazırlayırsa, buyursun yazsın.... 
Qəhvə bizim mətbəx mədəniyyətimizdə o qədər də tanınmış isti içki növü deyil.Amma qardaş ölkə Türkiyədə hər bir vətəndaş gündə bir fincan qəhvə içməsə olmaz.Yənı qəhvə anlayışı bizim əcdadlarımızdan gələn, lakin bu günə kimi mədəniyyətimizdə yer tutmağı bacarmayan anlayışdır.Kafelərə gedirik və bir fincan qəhvə istəyirik.Fərq etmir sadə,köpüklü,şəkərli.Bəs heç o qəhvənin eynisini siz özünüz hazırlamaq istəyərdinizmi? 1. Orta qəhvə: Cəzvəyə fincan sayına görə soyuq su qoyuruq.Daha sonra yenə fincan sayına 1 qənd və fincan sayına görə 2 qaşıq qəhvə əlavə edirik. Daha sonra bir qədər qaynayandan sonra köpük yaranan kimi köpüyü hər fincan arasında paylaşdırın. Daha sonra qaynadın və hər fincana qəhvə əlavə edin. 2. Köpüklü qəhvə: Yenə cəzvəyə soyuq su, fincan sayına görə 2 qənd və qəhvə əlavə edib eyni proseduru həyata keçiririk. 3. Sadə qəhvə: Sadə qəhvə qəndsiz olmalıdır. Ümumiyyətlə, qəhvənin vətəni Efiopiyadır. Bütün dünyaya yayılan qəhvə hal-hazırda dünyada məhşur olan 3-cü mayedir. Qəhvə haqqında hələlik bu qədər. Kim necə qəhvə hazırlayırsa, buyursun yazsın.... 
 
К началу