Yeni doğulmuş körpənizi tanıyın!

Körpənin göbək bağı Körpənizin göbək bağı mavi-ağ rəngdə olur. 
İlk dəfə körpəsi olan ana və atalar yeni doğulmuş körpələrinin görünüşünəheyranlıqlabaxarlar. Körpənin başının şəkli və böyüklüyü, dəri rəngi, dərisinin hamarlığı, "pambıq" kimi əlləri isanı valeh edir. Yaradanın böyüklüyü, yaratdığı möcüzələr...Qurban olduğum necə gözəlliklər bəxş edir bizə! Yeni doğulmuş bir körpəni yaxından araşdıraq: (Aşağıdakı yazı normal doğulmuş körpələr üçün etibarlıdır...) Körpənin bədəni Normal körpə təxminən 3000-3500 qram ağırlığında olur və boyu datəxminən 50 santimetrdir. Çiyinlər dar, qarını çölə qabarıqdır. Omba qismi də dardır. Qollar və ayaqlar nisbətən qısadır və bədənə doğru qısılmış şəkildə dayanır. Körpənin başı Yeni doğulan körpənin başı bədənə görə nisbətən daha böyükdür. Doğumdansonrakı ilk günlərdə körpənin başının şəkli uzanmış şəkildə və ya asimmetrik ola bilər. Bunun səbəbi doğum kanalından keçərkən körpənin baş sümüklərinin dar kanala girə bilmək üçün bir-birləri üzərinə minərək uyğunlaşma təmin etməyə çalışmasıdır. Buna molding (forma dəyişmə) adı verilir. Bir neçə gün içində yumru halına dönəcək. Yenə saçlı dəridə doğum şişi adı verilən bir şişlik görülə bilər. Bu da molding (forma dəyişmə) müddətinin bir parçasıdır. Körpələrin kəllələrində iki ədəd yumşaq bölgə vardır. Əmgək adı verilənvəbarmaqla təzyiq altında sümük olmadığından basıla bilən bu strukturlar kəllə inkişafında çox əhəmiyyətlidirlər. Qabaqda alının dərhal üstündə yerləşən və daha böyük olan dördbucaqlı şəklində olan böyük əmgək və başın arxasında yerləşən daha kiçik üçbucaq şəkilli kiçik əmgək vardır. Kiçik əmgək ümumiyyətlə 2-6 ay arası, böyük əmgək isə 18 aylıqkən bağlanır. Əmgəklərin üzərini örtən pərdə olduqca qalın və dayanıqlıdır. Buna görə körpənizin başını yumaq və qurulamaq körpəyə zərər verməz. 1.Ön əmgək 2. Arxa əmgək 3.Alın sümüyü 4.Kəllə sümüyü 5.Kəllə sümüklərinbirləşməsindən ibarət olan"sutura sagittalis"(sümük tikişi) 6.Arxa baş sümüyü Körpənin saçları Bəzi körpələr olduqca saçlı doğularkən bəzi körpələr isə saçsız doğulur.Bədəndəlanugo adı verilən ipəyə bənzər incə bədən tükləri kürəkdə, çiyinlərdə, alında, qulaqlarda və üzdə məşhur bir şəkildə ola bilər. Bu tüklər bir neçə həftədə tökülür. Körpənin gözləri Açıq bədənli körpələr boz-mavi göz rənginə sahib olduğu halda, tündbədənli körpələrin gözləri qəhvəyi, ya da tünd boz olur. Göz rəngi 6 aylıqdan etibarən dəyişməyə başlayır. Bəzən bu dəyişiklik olmaya da bilər.Yeni doğulan körpələrin göz yaşı vəziləri tam olaraq inkişaf etmədiyi üçün 3 həftəyəqədər olan körpələr ağladıqda gözlərindən yaş gəlməyə bilər. Körpənin dodaqları İlk əmizdirmədən sonra körpənizin üst dodağında kiçik bir dəri qabarmasımeydanagələ bilər. Bu ağrısız qabarcıq soyula da bilər. Bu, tamamilə normal vəziyyətdir. Dodaqlar bir az daha bərkidikcə bu qabarcıqlar da ortadan qalxır. Körpənin dərisi İlk doğulduğu zaman körpənizin rəngi boz-mavi, yaş, qan və verniks ilə örtülü olur.Körpəniz nəfəs almağa başlayan kimi əvvəlcə üz və bədəndə, daha sonra isə əl və ayaqlarda rəngi çəhrayılaşaraq normal olar.Açıq bədənli körpələrin dərilərində qızartı ola bilər. Bu, tamamilə normal birvəziyyətdir və bir neçə həftədən sonra körpənin rəngi homogen görünüş alır. Körpənizin dərisində tər və yağ vəziləri burun, yanaqlar və çənədə ağ nöqtələrin meydana gəlməsinə səbəb olur. Bir neçə həftə içində bu vəzilər fəaliyyətə başladığı zaman həmin nöqtələr də ortadan qalxır. Bu nöqtələri təmizləmək önəmli deyil. Körpələrin biləklərində, əllərində, dirsəklərində və ayaqlarındakı dəri asanlıqlasoyulur. Bu, tamamilə normal bir vəziyyətdir və müalicə tələb etmir. “Vernix caseosa” körpənizin bədəninin xüsusilə bükük bölgələrində çox olan ağ, krem konsistensiyasında bir maddədir. Doğumdan əvvəlki dövrdə körpənizin dərisini qoruyan bu maddə qoruyucu təsirini doğum sonrasında da göstərir. Verniksi körpənizin bədənindən yuyub təmizləmək yerinə bütün bədəninə homogen bir şəkildə yaymalısınız. Körpənizin bədənində irili-xırdalı, basdıqda solan qırmızı nöqtələr görə bilərsiniz.Bunlar körpənin dərisindəki üzdə olan damar yumaqlarından başqa bir şey deyil. Xüsusilə boynun arxasında, göz qapaqlarında, burunda və alında daha çox olur. Körpəniz ağladığı zaman bu nöqtələr daha da diqqət çəkir. Doqquzuncu aya qədər bu nöqtələrin çoxu itdiyi halda boyundakılar daha uzun müddət qala bilər. Mongol ləkəsi adı verilən tünd ləkəli sahələr körpələrdə əsasən ombalarda görüləbilər. Tünd mavi-qara arası rəngdə olan bu ləkələr sanki çürük təəssüratını versə də, elə deyil. Körpəniz dörd yaşına gələnə qədər bu ləkələr yavaş-yavaş kiçilir və itir. Körpənin sinəsi: Anadan gələn hormonların təsiriylə həm oğlan, həm də qız uşaqlarının sinələriqabarıq və şiş ola bilər. Bəzi körpələrdə məmə uclarından az miqdarda süd axması da ola bilər. Bu, tamamilə normal olan və müalicə tələb etməyən bir vəziyyətdir. Məmə uclarından süd gəldiyi zaman əsla məmə uclarını sıxmayın, çünki infeksiya meydana gələ bilər. Bu vəziyyət bir neçə gün içində özbaşına itir. Körpənin göbək bağı Körpənizin göbək bağı mavi-ağ rəngdə olur. Kəsildikdən sonra geriyə4-5 santimetrlik bir hissə qalır. Doğumdan dərhal sonra infeksiya olmasın deyə tökülən antiseptik və ya antibiotik məlhəmin rəngi göbək bağına çıxmış ola bilər. Kəsilən göbək bağı 1-3 həftə arasında quruyur, rəngi tündləşir, nazikləşir və özbaşına düşür. Körpənizin göbək bağını təmiz və quru saxlamağa xüsusi diqqət edin. Körpə bezini göbək bağının üstünə qədər çəkməyin. Təmiz suya batırılmış qulaq çöpü ilə göbək bağının ətrafını silərək gündəlik təmizliyiniedə bilərsiniz. Bu zaman spirtdən istifadə etmək olmaz! Çünki spirt açıq yaranı yandırar. Körpənizi yuduqdan sonra göbək bölgəsini təmiz pambıqla qurulayın.Göbək bağı bölgəsində pis qoxu, qızartı, axıntımüşahidə edilərsə, mütləq həkimə müraciət edin. Körpənin genital bölgəsi Anadan gələn hormonların təsiriylə yeni doğulan körpələrin cinsi bölgələri qabarıqgörünə bilər. Qız uşaqlarında hormonların təsiriylə vaginadan süd ya da qan rəngi şəklində maye gələ bilər. Oğlan uşağında da cinsi orqan bəzən yüngülcə şiş və yüngülcə böyümüş görünə bilər. Ancaq bunlar normal vəziyyətlərdir və müalicəsiz özbaşına düzəlir. Əziz xanımlar, hər birinizə ana olmağı arzu edirəm. Allah hər bir xanıma o möcüzədən bəxş etsin ki, siz də bu möcüzəni heyranlıqla bağrınıza basasınız. 
 
К началу