Doğumdan sonra edilməsi lazım olanlar

Körpəniz və öz sağlamlığınız üçün hər vaxt prioriteti özünüzə verin. 
Yeni doğum etmiş bir ananın, əgər normal doğum etmişsə, bir neçə saat içində ayağa qalxması və hərəkət etməsi sağlamlığı üçün lazımlıdır. Hərəkət etməsi həm qan dövranı, həm də bağırsaqların yaxşı çalışması baxımından çox faydalıdır. Ayağa qalxması gündəlik həyatına davam etməsi demək deyil. Bir müddət ağır iş etməməli və yorulmamalıdır. Əks halda temperatur, ağrı və qanamaların artmasına səbəb olar. Doğum sonrası ananın etməsi lazım olan gündəlik işləri, ailəsi və ya yaxınları edərək ananın bir müddət istirahət etməsini təmin etməlidir. Doğum edən ananın sinələrində əmizdirmə əsnasında ağrılar olması təbiidir, ancaq körpə əmdikcə bu ağrılar azalaraq itəcək. Körpələr sıx əmizdirilmədiyi zaman sinələrdə yığılan süd, ananı narahat edəcək. Bu səbəblə sıx əmizdirməlisiniz. Doğum sonrası ananın hər vaxt dəstəyə ehtiyacı olacaq. Əgər kömək alacaq kimsəsi yoxdursa, əvvəlcə körpəsini və özünü düşünməlidir. Bəzi analarda doğum sonrası səbəbsiz ağlamalar, kədərlənmə və qorxular meydana gəlir. Bunun səbəbi ümumiyyətlə öz üzrəinə məsuliyyət almanın verdiyi narahatlıqdan qaynaqlana bilər. Burada əvvəlcə həyat yoldaşlarına böyük vəzifələr düşür. Əgər bu vəziyyəti asan sovuşdura bilmirsinizsə, mütləq bir həkimdən kömək almalısınız. Bədəndəki hormonal dəyişikliklər ananın psixologiyasına təsir edir. Hər şeyə baxmayaraq, ana olmanın verdiyi duyğu ilə bütün bu problemlərin öhdəsindən gələ bilərsiniz. Sizin kimi yeni ana olmuş digər xanımlar ilə bu mövzuları paylaşmaq sizdə bir rahatlama təmin edə bilər. Doğum sonrasında duş qəbul etmək üçün ilk 3 günün keçməsi gözlənilməli, daha sonra da ayaqda duş qəbul etməlisiniz. Əks halda infeksiya qapma riskini artıra bilərsiniz. Doğumdan sonra ən çox diqqət yetirməniz lazım olan vəziyyətlər həddindən artıq qanama, şişlik, temperatur, qoxulu axıntı, bulanma, qusma, keçməyən ağrılar kimi vəziyyətlərdə vaxt itirmədən bir həkimə müraciət etməlisiniz. Körpəniz və öz sağlamlığınız üçün hər vaxt prioriteti özünüzə verin. 
 
К началу