Faydalı maskalar

dərini çiyələk şirəsini soyuducuda saxlamaqla əmələ gəlmiş buz parçaları ilə silmək olar.
Dekolte zonasındakı dəriyə qulluq - 1 qaşıq qaymağı əzilmiş dəniz duzu ilə qarışdırın və bunu dekolteyə çəkin. 20 dəqiqədən sonra zərif və yumşaq dəriyə sahib olacaqsınız.Kəsmikli maskanı da hazırlaya bilərsiniz - 2 xörək qaşığı kəsmiklə 1 xörək qaşığı bitki yağını və 1 çay qaşığı meyvə şirəsini qarışdırın. Alınan maskanı boyun və döş dərisinə çəkin, 20 dəqiqədən sonra isə çobanyastığı məhlulu ilə silin. İstənilən dərini silmək üçün çiyələk suyu xeyirlidir - 250 qram təzə meyvəni qaşıqla əzin, nazik parçadan keçirin, şirəyə bir çimdik soda, 1 neçə damcı spirt əlavə edib yaxşı qarışdırın, və oraya 1/4 süd əlavə edin. Səhərlər bununla üz dərisini silin və 10 dəqiqədən sonra yuyun. Bu məhlulu bir neçə gün soyuducuda saxlamaq olar. Çiyələk şirəsi - günəşdən düşən ləkələr və çilləri aparmaq üçün çox gözəl kosmetik vasitədir. Bunun üçün meyvəni əzin, pambığı ona batırıb üzünüzü silin. Təmiz çiyələk şirəsi ilə üzü silmək yağlı və sızanaqlı dəriyə çox yaxşı təsir edir. Çoxlu sızanaqlar olduqda isə üz dərisini qliserinlə qarışdırılmış şirə ilə silmək xeyirlidir. Üz dərisini tonuslaşdırmaq üçün isə dərini çiyələk şirəsini soyuducuda saxlamaqla əmələ gəlmiş buz parçaları ilə silmək olar. Şirəni dəridə 15-20 dəqiqə saxlamaq lazımdır, sonra soyuq su ilə yuyub qidalandırıcı krem çəkmək lazımdır. Həssas dəri üçün belə bir maska məsləhət görülür - 1 çay qaşığı kəsmik, 1 çay qaşığı bal və 2 çay qaşığı çiyələk şirəsi ilə qarışdırılır, üzə çəkilir, 10-15 dəqiqədən sonra soyuq su ilə yuyulur. Quru və normal dəri üçün belə bir maska məsləhət görülür. Bir neçə dənə çiyələk 1 xörək qaşığı zeytun yağı ilə qarışdırılır. (bu zaman zeytun yağı isidilməlidir). Xiyarı da unutmaq olmaz -bu, ən yüngül və tez olan bir bitki mənşəli kosmetikadır. Xiyarda xeyirli olan nə varsa, onun qabığında yerləşir. Buna görə də salat üçün tərəvəz təmizləyəndə gözəl üzünüzə xiyar qabığını qoymağı unutmayın. Bu gözəlliyi 20 dəqiqədən sonra götürə bilərsiniz, hətta sonra dərinizi yumasanız da olar. 
 
К началу