Dodaq boyasının zərərləri

Təbii görünüşlü qadın ən gözəl qadındır. Hamınıza təbii gözəllik, təravət arzu edirəm! 
Hər gün, işə, qonaqlığa, gəzintiyə gedərkən sevə-sevə istifadə edib, gözəlliyimizə gözəllik qatan dodaq boyalarının sağlamlığımıza zərərli olduğunu bilirdinizmi? Bu günkü günümüzdə az qala hər qadının mütləq istifadə etdiyi bir kosmetika məhsulu olan dodaq boyasınınzərərləri aparılan testlər nəticəsində ortaya çıxmışdır. Dünyanın tanınmış markaları üzərində aparılmış təcrübələrə əsasən, dodaq boyasının içində müxtəlif kimyəvi maddələr aşkar edilmişdir. Bu barədə Kanadada nəşr edilmişhesabatda məlumat verilir. Dodaq boyasının zərərlərinin səbəbi kimi kimyəvi arsenik, qurğuşun, nikel kimi maddələrin olduğu ortaya çıxmışdır. Sağlamlığımızı əhəmiyyətli ölçüdə təhdid edən bu kosmetika məhsullarını hər nə qədər istifadə etməməyə çalışsaq da, ondan istifadə ediləcək. Buna görə də heç olmasa bildiyimiz, inandığımızmarkaların orijinal məhsullarını almağa səy göstərək. Çünki, insan sağlamlığı iləzarafatedilməz. Dodaq boyasındakı zərərli maddələrin insan sağlamlığına vurduğu bəzi ziyanlar bunlardır: 1. Saçların tökülməsi 2. Baş ağrısı, baş gicəllənməsi 3.Böyrək ilə əlaqədar problemlər 4. Beyin ilə əlaqədar problemlər Dodaq boyasının bu kimi zərərlərini bilə-bilə gəlin öz sağlamlığımızı təhlükə altına atmayaq. Mümkün qədər təbii vasitələrdən istifadə edək. Təbii görünüşlü qadın ən gözəl qadındır. Hamınıza təbii gözəllik, təravət arzu edirəm! 
 
К началу