Balla gözəlləşin

Bu maska çatlamış dərini tez bir zamanda bərpa edir və əllərə zəriflik hissi bəxş edir.
Yağlı dəri üçün maska: 1 çay qaşığı balı 1 yumurtanın sarısı ilə qarışdırın,dərinizə çəkin. 10-15 dəqiqə saxlayıb,isti su ilə yuyun.Bu maska dəriyə iltihabəleyhinə və sakitləşdirici təsir göstərir. Quru dəri üçün maska: 1 çay qaşığı zeytun yağı ilə bıçağın ucundakı balı qarışdırın,dərinizə çəkin,15 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Bütün növ dəri üçün qidalandırıcı maska: 1 çay qaşığı qliserinə yarım çay qaşığı balı əlavə edib qarışdırın. Üz dərisinə çəkib,10 dəqiqədən sonra yuyun.Bu maska dəriyə enerji bəxş edir,yaxşı nəmləndirir və sağlam rəng verir. Əllər üçün maska: 1 çay qaşığı isidilmiş zeytun yağının üzərinə 1 çay qaşığı bal və bir neçə damcı limon suyu əlavə edib əllərinizə çəkin.Üstündən pambıqdan əlcək geyinib 25 dəqiqə gözlədikdən sonra yuyun.Bu maska çatlamış dərini tez bir zamanda bərpa edir və əllərə zəriflik hissi bəxş edir. Normal dəri üçün maska: 2 xörək qaşığı balı 1 xörək qaşığı kəsmik və 1 çay qaşığı badam yağı ilə qarışdırıb, üzünüzə və boynunuza çəkib 20 dəqiqə gözləyin.Daha sonra ilıq su ilə yuyun.Dərinizin yumşaq və parlaq olmasını təmin edir. Sizin gözəllik köməkçiləriniz : 1.Ballı şampun Fair TradeLush 2.Vanna üçün krem-köpük “Bal və Süd” oriflame 3.Duş üçün gel “Bal və Süd” Palmolive 4.Nəmləndirici bədən geli “Lavanda və Bal” Green Mama 5.Üz üçün ultra qidalandırıcı krem“Apikosma” Melvita 
 
К началу