Üz dərisi üçün kosmetik məhsulların alış-verişi

Bu müddət adamın fiziologiyası, maddələr mübadiləsi və dərisindəki təməl problemlərə bağlıdır. 
Kremlər, toniklər, kirşanlar... Qadınların imtina edə bilmədiyi kosmetik məhsullar... Yaxşı, bu məhsulların alışına nə qədər zaman ayırırsınız? Haradan alırsınız? Məhsul seçərkən kömək istəyirsinizmi, yoxsa təkbaşınıza qərar verirsiniz? Kosmetik məhsulların alış-verişi necə edilir? Doğru zaman Son istifadə tarixləri qısa olan məhsulları son istifadə tarixi bitməmiş satmaq üçün endirim günləri təşkil edən mağazalar var. Endirim günlərində kampaniyadakı serumların son istifadə tarixlərinə baxın, üstündə tarix yazmırsa, almayın. Mağazalar bazar ertəsi və çərşənbə axşamı səhər saatları hər vaxt boş olur. Ya səhər erkən saatları, ya da günorta saat 2 ilə 4 arasını seçin. Bu saatlarda rahat alış-veriş edə bilərsiniz. Günorta saatları və axşam saatları sıx saatlardır. Həmçinin cümə və şənbə günləri də sıxlıq baxımından kosmetik məhsul alış-verişi üçün uyğun deyil. Kömək istəyin Kosmetik məhsulların alış-verişi zamanı mütləq satıcılardan kömək istəyin. Doğru sualları soruşun: Bu məhsul həssas dərilər üçün uyğundurmu? Nə qədər müddət dəriyə çəkməliyəm? Nə vaxt nəticələri görərəm? və s. Əgər suallarınıza sizi qane edən cavablar ala bilmirsinizsə, məhsulla əlaqədar səlahiyyətli başqa adam olub-olmadığını soruşun. Məhsulun qutusu üzərində yazılanları yaxşı oxuyun. Almadan öncə yoxlayın Dəriniz həssas və allergikdirsə, nümunəsi olan məhsullara baxın ki, almadan əvvəl sınaq şansınız olsun. Beləcə o məhsula qarşı dərinizin reaksiya verib-vermədiyini anlamış olarsınız. Bəzən bahalı belə olsa bəzi məhsullara dərimiz reaksiya verir. Buna görə də, heç bilmədiyiniz, ilk dəfə sınayacağınız məhsullar üçün tester istifadə etmək çox əhəmiyyətlidir. Həssas olun Ekzema və ya dəri allergiyası olanlar, tərkibində boya, qoxu və uçucu yağ olan məhsullardan uzaq dayanmalıdırlar. Allergiyası olanlar saf, təbii məhsulları istifadə etməlidirlər, amma bunları belə istifadə etməmişdən əvvəl bilək daxilinə məhsulu sürtərək test etmək lazımdır. Nəyə pul xərcləyəcəyinizə yaxşı qərar verin Əgər bahalı bir dəri baxım məhsulu alacaqsınızsa, bu günəş kremi və ya başqa məhsul ola bilər. Bir çox dermatoloqlar tərkibində sink oksid və titanium dioksid kimi filtrlər olan günəş kremlərini seçməyi təklif edirlər. Çünki bu filtrlər dərinin yanmasına səbəb olmur və məhsulun təsirini tez keçirmir. Qaba diqqət yetirin Məhsulun qabları istilik, işıq və hava keçirməyən şəkildə olmalıdır. Səbrli olun Ən az səkkiz həftə boyunca məhsulu nizamlı istifadə edin və təsirlərini müşahidə edin. Məhsulların təsir müddətləri adama görə müxtəlif ola bilər. Bu müddət adamın fiziologiyası, maddələr mübadiləsi və dərisindəki təməl problemlərə bağlıdır. 
 
К началу