Eşq və etiraf

Eşq, pərvanələrin odu, alovu. Uzaqdan baxmaqla yaşanmayan, İlahi imanı alovlandıran, Hər qəlbdə yaşadılmayan
Yenə sevərəm... Zəfər qazanmış kimi baxırsan mənə!.. Nə ilə fəxr edirsən? Getməyinlə? Yoxsa qırıb, məhv etdiyin ürəyimlə? Gəldiyin gün yadındamı? Necə kövrək, necə həssas idin... Əzizlənəcək körpə kimi... Sevdim səni, sevgini sevdirdim sənə bir əzizin kimi!... Vəfanı sən öyrətdin, sadiq olmağı, bağışlamağı, səhvləri görməzlikdən gəlməyi, səbəbsiz gülməyi mən... Böyüdün sevgimin isti nəfəsində. Öyrətdiyim sevgi ilə sevdin özgəsini, Sevgimizə gətirdin bir özgə nəfəsini... Sevgi dolu baxışlarımla yola salıram indi. Gedirsən. Səssiz-sədasız... Dayan! Dur! Getmə ! -deməyəcəyəm. Deyə bilməyəcəyəm. O ağılda, qəlbdə yoxamsa, özümü məcbur sevdirməyəcəm... Ayrılıq simfoniyası səslənir qulağımda. Göz yaşları axır yanağımda... Bu günləri yaşayacağım da varmış. Demək cəzamın belə ağır olmağında, Allahın bir hökmü varmış. İndi səndən mənə qalan gözlərimdə nəm, qəlbimdə ələm. Yanıram, alışıram.Qəhər boğazımı kəsir, hicran nəfəsimi... Soruşsan əgər peşmanammı? Yox, əsla yox! Yenə gəlsən, yenə-yenə sevərəm, sənlə sevgimi böyüdərəm... Eşq... Eşq, ülvi hisslərin alisi. Düşdüyü qəlbi saflaşdıran, paklaşdıran. Eşq, duyğuların təlatümü.Adına şeirlər yazılan, nəğmələr qoşulan. İlahi məhəbbətdən doğan. Eşq, insan bədəninin bütünü. Qeysi məcnun edən, Fərhadı pəhləvanlaşdıran. İzahı mümkünsuz, tərifsiz olan. Eşq, hər təzə doğulan körpə kimi qonaq olduğu qəlbə nur saçan. Eşq, ömrün baharı, göyqurşağı. Azı-çoxu olmayan . Gözəlliyini ona qucaq açan ürəklə paylaşan. Eşq, pərvanələrin odu, alovu. Uzaqdan baxmaqla yaşanmayan, İlahi imanı alovlandıran, Hər qəlbdə yaşadılmayan... Eşq, zamansız , məkansızolan. Sonu bir müəmma olan. İfadələrin aciz qaldığı, sözlərin bitdiyi yer. Sukütun belə daşıya bilməyəcəyi, ağır olduğu qədər dəyərli.Acısının zövq verdiyiEşq, mənim dünyamda belə yazıldı... Etiraf... Etiraf — Duyğuların xəbərçisi, bəzən də göz yaşlarında susması.Özünüzlə üzləşmə... Etiraf —Vaxtında deyilməyən sözlərin yükü.Zamanla qəlbinə yığlan kədərin dili... Etiraf —Bəzən sonu bilinməyən yoldakı ilk addım.İnsanlarin nəticələrini fikirləşmədən,düşünmədən dedikləri sözlərin ifadəsi... Etiraf —Fəsilləri olmayan mücadiləli yaşam.Hər insanın fərqli yaşantısı, baxşı, anlayışı... Etiraf — İdarəsi mümükünsüz hisslər.Orda sən və mən olan, başlanğıcın sonu... Etiraf — sevgi-nifrət, kədər-sevinc, xoşbəxtlik və bədbəxtlik arasındakı körpü. Kimini şanslı, kimini çarəsiz edən novella... müəllif: Gül NAR 
 
К началу