Bir-birinizi nə qədər sevirsiniz?

ən həssas hissəsini birinə təslim etmək, o adama yüzdə -yüz inandığınızı işarə edir. 
Sevginiz nə qədər dərindir?Bir-birinizə nə qədər bağlısınız? Bu yazımda oxuyacağınız 5 məsləhət, bir-birinizi nə qədər sevdiyinizi göstərəcək. Bir-birinizi təqlid edərsiniz. Heyranlıq,sevdiyiniz birinin hərəkətlərini təqlid etmək təbii bir meyldir. Birlikdə hərəkət etmək inam verər və inam sevginin ən əhəmiyyətli ünsürlərindəndir. Diqqət edin, birlikdəykən ümumiyyətlə həmişə sinxronizasiya hərəkətlər edərsiniz. Bir-birinizə yaxın oturarsınız. Yoldaşlarınızla birlikdə olduğunuz mühitlərdə necə oturursunuz? Yan-yana oturursunuzsa bu, bir-birinizə dəstək olmaq istədiyiniz mənasını verər. Dostlarınıza inanmadığınızdan deyil, sevgilinizə onlardan daha çox etibar etdiyiniz üçün edirsiniz bu hərəkəti. Düşmənlə üzləşəcək ordunun bir-birinə çox yaxın dayanması kimi... Xüsusi bir diliniz vardır Bir-birinizə xüsusi toxunma stiliniz, xüsusi razılaşma diliniz var. Bir-birinə bağlı insanlar özlərinə aid bir dünya qurarlar.Telepatiya ilə belə razılaşa bilərlər. Bir-birlərinin hansı mövzuya necə reaksiya verəcəyini təxmin edirlər. Şəxsi kodlarla iki nəfərlik xüsusi bir kod yaradarlar. Daim bir-birinizə diqqət göstərərsiniz Sevgilinizin yaxasını düzəltmək, elektriklənmiş saç telini düzəltmək-kimi hərəkətlər, sahiblənmə duyğusunun ifadəsidir. Bu hərəkətləri başqalarının yanında göstərmək, başqalarının xoş gəlməsə belə, evdə, baş-başa olarkən bunları təkrarlamaq, bir-birinizə baxıb bir-birinizi gözləmək istədiyiniz mənasını verər. Başınızı başına söykədikdə xoşbəxtlik hiss edərsiniz. Tanımadığınız biri sizə yaxınlaşmaq istədikdə iyrənərsiniz və narahatlıq kecirərsiniz. Halbuki sevdiyiniz adam başınızı sıgallasa və başınızı başınıza qoysa bu hərəkət sizə təhlükəsizlik hissi verər. Bir-birinə söykənən başlar, dərin bir sevginin göstəricisidir. Çünki bədəninizin ən həssas hissəsini birinə təslim etmək, o adama yüzdə -yüz inandığınızı işarə edir. 
 
К началу