Pul, yoxsa insanlıq?

pis günündə yardımçısı olsun. Bəli, bax budur əsl insanlıq. 
Pul! Nədir pul? Varlı üçün hər şeydir, kasıb üçün heç nədir. Bu yerdə bu misralar düşür yada. Demək ki, necə olur olsun, təki pulun olsun. Pulu olub onu necə xərcləyə bilməyənlər var, pulu olmayıb xərcləməyə ehtiyacı olanlar da var. Pulu çox olub borc verməyənlər var, pulu olmayıb borcunu verə bilməyənlər də var. Pulu çox olub “Allah”ı unudanlar var, pulu olmayıb “Allah” kəlməsi dilindən düşməyənlər də var. Pulu çox olub ”Bəlkə Allah məni imtahan edir, ehtiyacı olanlara verim” düşünməyənlər var, pulu olmayıb “Bəlkə Allah məni imtahan edir” düşünənlər də var. Pulu çox olub israf edənlər var, pulu olmayıb israfın nə olduğunu bilməyənlər də var. Pulu çox olub kababı yemək saymıyanlar var, pulu olmayıb quru çörək tapmayanlar da var. Pulu çox olub bu gün aldığı paltarı sabah bəyənmiyənlər var, pulu olmayıb geyinməyə paltar tapmıyanlar da var. Pulu çox olub faiz yeyənlər var, pulu olmayıb faiz ödəyənlər də var. Pulu çox olub gündə kef məclisi quranlar var, pulu olmayıb ehsan verə bilməyənlər də var. Pulu çox olub özəl xəstəxanalar tikdirənlər var, pulu olmayıb xəstələrini müalicə etdirə bilməyənlər də var. Bir sözlə pulu çox olub na şükür olanlar var, pulu olmayıb şükür edənlər də var. Bu dünya sizin üçün bir imtahandır. Kimi malı ilə, kimi canı ilə, kimi də övladı ilə imtahan olunar. Heç vaxt açılan əlləri boş qaytarmayın. Verdiyiniz zəkat ilə malınızı artırın, verdiyiniz sədəqə ilə başınıza gələn bəlanı qaytarın, verdiyiniz borc pul ilə savabınızı artırın. Hər yaxşı əməli Allah üçün edin, bəndə bilməsə də olur. Əsl yaxşılıq odur ki, gizlində də aşkarda da gördüyün işi görəsən (Hz. Muhamməd s.v.s). Allah hər şeyi görəndir, biləndir. Bəs insanlıq nədir? Mirzə Əlkbər Sabirin bu misralarını xatırlamamaq mümkün deyil. Niyə biz insanlara insanlığına görə deyil, varına, dövlətinə, vəzifəsinə görə qiymət veririk. Axı insanlıq pulnan ölçülmür, axı insanlıq vəzifə ilə də ölçülmür. İnsanlıq elə insanlıqnan ölçülür, insanlıq səmimiyyətlə ölçülür. İstər vəzifədə ol, istər fəhlə ol, istər dövlətli ol, istərsə də kasıb ol, əsas odur ki, insan ol və insan olduğunu heç vaxt unutma. Əsl insan odur ki, özündən kiçiklərə salam verə bilsin, özündən böyüklərə hər kəs salam verə bilir, əsl insan odur ki, özündən kiçiklərlə səmimi olsun, özündə böyüklərlə hər kəs səmimi ola bilir. Əsl insan odur ki, bütün insanların xoş gününə sevinsin, pis günündə yardımçısı olsun. Bəli, bax budur əsl insanlıq. 
 
К началу