Kimdir qadın?

nadir halda sadiq, çox sadiqdirsə, nadir halda gözəl bir varlıqdır. 
"Qadınkimdir" desək, çoxu "zəif məxluq" və yaxud "zərif məxluq" deyəcək. Yəni bu qədər asandırmı qadınıifadə etmək? Əslində bir qadınıifadə etmək üçün bir ömür bəs etməz. Bəlkə də qadınıngücünü görməyənlər və onun gücünə əhəmiyyət verməyənlərdir onu zəif bilən. Ya da ki, onu dərk etməyənlərdir zərifliyini zəifliklə ittiham edənlər. Əslində qadınındəyərini bilənlərin söylədiyi ən gözəl sözdür qadın sözü. Qadınəslində çox güclü bir varlıqdır. Ancaq gücünü hər zaman göstərmir. O hər zaman sevdiyi kişinin gücünü görüb, onun gücüylə sakitlik tapmaq istəyir. Ancaq qadıngücünü göstərmək istəyəcəksə, heç kim qarşısında dura bilməz. Bir qadınıngücü kişini rəzil də edər, vəzir də edər. Bir qadınıngücü bir nəslin yüksəlişi və yaxud o nəslin sonu da ola bilər. Ancaq qadınıniçində yatan bu gücün yanında da bir incəlik vardır. Qadınəvvəlcə qayğı istəyən uşaq, sonra vəfalı həyat yoldaşı, daha sonra anadır. Əslində qadınbu üç vəzifəni də üzərində daim daşıya biləcək gücə sahib güclü bir varlıqdır. Tanrı qadınagüclü bildiyi üçün bu yükü verib. Bir qadınıniçindən uşaqlıq duyğusu heç vaxt məhv olub getməz. Qadınata və anasından gördüyü qayğını həyat yoldaşından görmək istər. Ancaq daim uşaq yerinə qoyulmağı qəbul edə bilməz. Qadınöz həyat yoldaşından uşaq kimi əzizlənməyi, qadınkimi sevilməyi, həyat yoldaşı kimi hörmət qoyulmasını, ana kimi sözünə diqqətlə qulaq asılmasını istəyən qəribə bir varlıqdır. Bir qadınıanlamaq çətindir. Qadının uşaqlığını da, xanımlığını da qorumaq əslində tək özündən asılı deyil. O qarşısındakından bu anlayışı gözləyir. Bu anlayışı görməyəndə ya çox acizləşir, ya da ki çox sərtləşir. Qadın həyatın dörd əsas ünsürü olan su, atəş, torpaq və hava ünsürləri kimi bir dünyanı özündə sığışdıran varlıqdır ki, o, torpağın da, suyun da, havanın da, atəşin də həyat qədər necə vacib və bir insanın həyatında nə qədər rol oynayacağı bizə göstərir. Şəfqət, hörmət, sevgi görəndə atəşiylə qəlbləri isidər, su kimi durulayar, hava kimi nəfəsimizi, ruhumuzu təzələyər, torpaq kimi bizi qayğıyla daşıyar. Ancaq əzabları görəndə su kimi buza dönər, atəş kimi gah sönər, gah yanar, torpaq kimi palçığa dönər, hava kimi kirlənər. Bəzən də çoşar, atəş kimi yandırar, torpaq kimi küləklərlə sovrular, su kimi qaynayar, hava kimi bizi boğar, havasızlığa möhtac qoyar. Təbiətə necə yanaşırsansa, illər ötdükcə sənə onun qarşılığını verir. Özünü kirlədib qarşılığını görməsən də təbiətdən gələcək nəsillər ziyan çəkir. Qadın da elədir - bir qadının rəzaləti özünün də, gələcəyin də rəzaləti ola bilər. Qadınəslində gücünü də, gücsüzlüyünü də həyatda mübarizə aparmaq üçün istifadə edə biləcək zəkaya sahibdir. Tarix boyu qadınzəkasının gücündən istifadə edən cəmiyyət və xalqlar daim öndə olublar. Hansı millətin qadınlarıağıllıdırsa, o millət daha inkişaf etmiş və sərbəst millət olub. Deməli, qadıngüclüdür, zəkalıdır, qayğıkeşdir, övladdır, anadır, həyat yoldaşıdır, xanımdır, bacıdır və nəhayət, çox üstünə gedəndə canı sıxılan, az maraqlananda küsəcək qədər qəribədir. Əslində qadınzərif, ancaq çox güclü, ağıl qarışdıran, ancaq cəlbedici, insanı dəli edən, ancaq mükəmməl, əsas məsələ - çox gözəldirsə, nadir halda sadiq, çox sadiqdirsə, nadir halda gözəl bir varlıqdır. 
 
К началу