Qadın konstitusiyası

Xoşbəxt olan cütlüklər bir-birlərinin psixologiyasını həll edən cütlüklərdir. Bu xoşbəxtliyi heç vaxt itirməyin! 
Ətrafım bədbəxt insanlarla dolu...Canlar sıxıntıda, əhvalları xarab...Bu dolanışıq və ya dolanışıqsızlıq əlbəttə ki cəmiyyətin ən əhəmiyyətli təşkilatı olan ailəyə də təsir edir. Halbuki hər kəs xoşbəxt bir həyat arzulayır. Müasir çağın gətirdiyi yeniliklərin həyatımızı daha da gözəlləşdirməsini istəyirik və ən əhəmiyyətlisi artıq həyatımızda problem istəmirik. Bir-birlərinin ruh dünyalarına girib xoşladıqları və ya xoşlamadıqları tərəflərini kəşf etmək istəyən yoldaşlar! Əgər bu istiqamətdə yol almağı bacara bilsəniz, ailə həyatınızı cənnətə çevirə bilərsiniz. Bir fərdin ailə həyatı nizamlı olarsa xarici dünyayla qurduğu əlaqələr də o cür nizamlı və müvəffəqiyyətli olar. Bu nizamı təmin etmək üçün bir-birinizi çox yaxşı tanımalı və təhlil etməlisiniz. Qadınların Konstitusiyası Necə ki, hər ölkənin bir konstitusiyası var, hər insanın, xüsusilə də qadınların bir konstitusiyası vardır. Qadın psixologiyasının konstitusiyası hazırlanarkən istifadə edilən mürəkkəb: - Maraq, sevgi, təbrik, təşəkkür və iltifat. Evli qadının konstitusiyasının dəyişməz maddələrindən biri, bəlkə də birincisi qısqanclıqdır və evli qadınlar zəkalarının böyük bir hissəsini qısqanclıq ssenariləri qurmaq üçün istifadə edərlər. Bu ssenarilərin çoxu fantastika filmlərini arxada qoyacaq qədər düzdür. Dinləmək həqiqətən çox böyük bir sənətdir. Evli bir qadınla danışmanın incəlikləri vardır. Mövzudan mövzuya atlamamaq, onu diqqətlə dinləmək, şirin bir üslubla incitmədən danışmaq lazımdır. Evli bir qadının hər söylədiyini başa düşmək lazımdır. Siz onun danışıb rahatlamasına imkan edin, bəsdir. Necə deyərlər: "Qadınları yalnız oxuyun, anlamağa çalışmayın, çünki bir qadın başa düşülməsi ən çətin kitabdır." Həssaslıq çox əhəmiyyətlidir. İncəlik, nəzakət və lətafət ...Bəylər, üzərində dayanmanız lazım olan ən əhəmiyyətli nöqtə budur. Xüsusilə də yoldaşınız ana olduqdan sonra! Atanın ürəyinin sızladığı yerdə, anaların ürəyi parçalanar. Bir qadın ana olduqdan sonra maddi və mənəvi həssaslığı haradan baxsanız on qatına yüksəlir. İşdən evinə qayıdan yoldaşının gözəl bir sözü, kiçik bir hədiyyəsi evli bir qadının üzünü güldürməyə bəs edər. Kişilər ev və ya mətbəx işlərini bacara bilməsə də xırda işlərdə qadına əməkdaşlıq etsə, uşaqlara baxanda ona dəstək olsa, tez-tez bir ehtiyacı olub olmadığını soruşsa belə bir qadına romantik istiqamətdən böyük dəstək olar. Evli qadın yoldaşına bir gündə dörd fəsil yaşadır. Şərqi Qaradənizə getmisiniz heç? Bu bölgənin bir çox xüsusiyyəti və gözəlliyi vardır, amma mən mövzumuzla əlaqədar olanına toxunmaq istəyirəm. Artıq bir gündə dörd fəsil birdən yaşadığınız anlar olur. Səhər evinizdən payız havasıyla, əlinizə çətirinizi alıb çıxarsınız, amma günorta baharı və yazı, axşama da qışı yaşayar, evə elə qayıdarsınız. Orada yaşamaq həm zövqlü və rənglidir, həm də böyük bacarıq istəyir. Elə buna misal olaraq onu da demək olar ki, bir qadın evləndikdən sonra Şərq Qaradənizi kimi olar. Evləndikdən sonra yoldaşına bir gündə dörd fəsli birdən yaşada bilmə xüsusiyyətinə malik olar. Evli qadınların bu heyratamiz qabiliyyətinə heyran ola bilməmək əldə deyil. "Kişinin edə bilcəyi nədir indi?" deyə həyəcanla bir şərh gözlədiyinizi bilirəm, bəylər. Sizə düşən də böyük bir səbir və sükunətlə, dörd fəsli də ilk bahar havasına büründürüb xoşbəxt olmaqdır. "Evli qadın hər zaman gözlərini dörd açar, amma kor rolu oynayaraq evliliyi davam etdirmək kişinin vəzifəsidir. Ən ideal evlilik kor bir kişi ilə kar bir qadının evliliyidir və ən əhəmiyyətli maddə: Evli bir qadın evləndikdən sonra ən çox üç il içində belə düşünür: "Səninlə də olmur, sənsiz də olmur!" Xoşbəxt olan cütlüklər bir-birlərinin psixologiyasını həll edən cütlüklərdir. Bu xoşbəxtliyi heç vaxt itirməyin! 
 
К началу