ANTİSELLÜLİT sarınma

Gözəllik bütün qadınlarda vardır
Sellülit qadınların oma və sağrı hissələrində yaranan qırışlardır. Hər hansı ciddi ziyanlı bir problem olmasada gözəllik aludəsi olan xanımlar üçün hər hansı çimərlik və ya idman geyimi zamanı xanımların özlərini piss hiss etməsinə və nəticədə psixoloji narahatlığa səbəb olur.Əlamətləri.Sellülit dəridə portağal qabığına bənzəyən qırışlar və çuxurlar şəklində əmələ gəlir. Ən çox oma və sağrı nahiyələrində rastlansada bəzən qarnın aşağı hissələrində, döşlərdə hətda qollarda da olur. Yaranma səbəbi.Sellülit dərialtı əzələ liflərinin kökəlmə zamanı boşalması nəticəsində yaranır. Müalicəsi.Bu problemin aradan qaldırılması üçün birinci həll yolu müntəzəm idmanla məşğul olmaq və arıqlamaqdır. Bununla yanaşı lazer və liposaksiya kimi müalicə vastələrindən də istifadə olunur.Sellülitlə mübarizədə müxtəlif metodlarla sarınma prosesləri də mövcuddur ki,onlardan birini Sizlərə təqdim edirəm.Antisellülit sarınma prosesi:1.Təmizləmə prosesiDuş alaraq,bədəndə sellülitli yerləri təmizləmək.Bunun üçün dəniz duzu və döyülmüş qəhvəni qarışdırıb sellülitli yerlərə sürtmək lazımdır. 2.Sarınma üçün sıyıq hazırlanması:80 ml zeytun yağı,3-4 növ efir yağı (hərəsi 3 damla olmaqla)Bunlar bir qabda mikserlə çırpılır.Antisellülit effektinə malik olan efir yağları aşağıdakılardır:-Portağal yağı-Limon yağı-Rozmarin yağı-Sərv ağacı yağı-Adaçayı yağı-Berqamot yağı-Ətirşah yağı-Ardıc yağı 3.Gillə(palçıq) sarınma Qara və mavi gillərdən istifadə olunur.Sellülitlə mübarizədə ən yaxşısı qara gil hesab edilir.Qarışım belə hazırlanır:50 qram gil götürülür,yaşıl çay və ya çobanyastığı məlhəmində isladılır və xama halına gələnə qədər qarışdırılır.Sonra ona 3-4 növdə hərəsi 3 damcı olmaqla efir yağları əlavə edilərək qarışdırılır.4.Hazırlanmış gilli qarışım sellülit olan yerlərə çəkilir və qidalar üçün olan neylon poşetlə sarınır.Sararkən diqqət etmək lazımdır ki,neylon poşet ne çox sıx,nə də çox boş olmasın. 5.Sarınmanın üzərindən ya idman şalvarı,ya da xüsusi termoeffektli şalvar geyib 60 dəqiqə idman hərəkətləri ilə məşğul olmaq lazımdır.6.Gözləmə müddəti bitdikdən sonra duş alıb gilli qarışımdan təmizlənmək,sonra da antisellülit effekti olan kremlə sarınmış bədən nahiyələrini kremləmək lazımdır.Daha yaxşı nəticə əldə etmək üçün 1-2 gün aralıqla 10-15 prosedura etmək gərəkir. P.S. Məsləhət görülmür!!! Bədəndə açıq yaraları olanlarda,damarların varizkoz genişlənməsində,hamiləlikdə. Eləcə də baxa bilərsiniz: Qaçış - Gözəllik və Həyat HƏRƏKƏTDƏDİR... Gözəllik bütün qadınlarda vardır
 
К началу