FƏDAKARDIR QADIN

mütləq vardır. Fədakardır qadın...Fədakardır qadın....❤
❤FƏDAKARDIR QADIN❤ Tarix: 11-08-2017, 01:30 Müəllif: YalniZ-ArZu Şərhlər: 14 Baxılıb: 451 Bölmə: Qadın və Cəmiyyət » Qadın dünyası Paylaş: Səs ver: 10012345 (səs: 1) ❤FƏDAKARDIR QADIN❤ Tam xoşbəxt olan qadın yoxdur həyatda. Sadəcə özünü xoşbəxt göstərən qadınlar var. Hər qadının hökmən içində burxulduğu bir yer, bir incikliyi vardır həyatdan. Özüylə baş-başa , təklikdə qaldığında gözləri bir nöqtəyə dikilər, qəlbinin söylədiklərinə sakitcə dərindən bir ah çəkəndir qadın. Əslində qadını xoşbəxt etmək çox asandır. Ən xırda şeylərdən uşaq kimi elə xoşbəxt olar ki bəzən. Bütün çəkdiklərinə baxmayaraq hər halına şükr edəndir qadın. Ən dözülməz vəziyyətində belə halına şükr etməyə bir səbəb tapandır qadın. Hər qadının ürəyində hamıdan gizlətdiyi bir dərdi vardır əlbət. Hər bir qadının bir əskik tərəfi , yarım qalmış bir hekayəsi vardır. Bəzən həyat yoldaşından, bəzən ailəsindən, bəzən bəxtindən yarımaz qadınlar. Amma yenə də özünü sındırmaz xoşbəxt göstərər balaları naminə, yaxınlarının rahatlığı naminə. Düşdüyü hər mühitə uygunlaşmağa çalışandır qadin. Bəzən dünyanın yükünü çiynində, ən böyük acını qəlbində gəzdirsə də dilindən şikayət kəlməsi çıxmayandır qadin. Hər qadının gecəyə sirrini açmağı , gücsüzlüyünə gizlicə ağlamağı olub. Yastığı islanmadan böyüməz qadın. Hər qadının bir kədərli hekayəsi mütləq vardır. Fədakardır qadın...Fədakardır qadın....❤ ❤FƏDAKARDIR QADIN❤
 
К началу