Balıqlı dairəcik resepti

Nuş olsun!
Tərkibi: Qat-qat xəmir - 0,5 kq Balıq farşı- 450 1 Soğan - 1 ədəd Yumurta- 2 ədəd Duz-istiot Cəfəri Küncüt Hazırlanması: Balıq farşının üzərinə cəfəri, 1 ədəd yumurta, duz-istiot əlavə edib qarışdırırıq. Əgər ət çox duru alınarsa, üzərinə 1 x.q manna da əlavə edə bilərsiniz. Xırda-xırda dairəciklər hazırlayırıq. Xəmiri şəkildə gördüyünüz kimi 1 sm enliyində kəsirik. Balıqdan hazırladığımız dairəcikləri üzərinə yerləşdirib bükürük. 1 dairəcik üçün 3 lent xəmir istifadə edə bilərsiniz. Üzərinə yumurta çəkib küncüt səpirik. 200 dərəcədə 30-35 dəqiqə bişirmək lazımdır. Balıqlı dairəciklərimiz hazırıdır. Nuş olsun!
 
К началу