Şokoladlı fontan resepti

Nuş olsun!
Lazım olan ərzaqlar : 100 qr tünd şokolad (75 % li ) 50 qr kərə yağı ( yumşalmış) 0.5 stəkan şəkər tozu 2 yumurta vanilin 1 ç.q 3 x.q un 1 x.q kakao Hazırlanması: Şokoladı su hamamında (Benmari üsulu) əridin ( bir qazanda su qaynadıb üzərinə digər qabı qoyub içinə xırdalanmış şokoladı tökün. Qaynayan suyun buxarı ilə şokolad əriyəcək) Kərə yağı və vanilini əlavə edib qarışdırın. Şəkər tozunu da tökün. 2 yumurtanı əlavə edib yaxşı qarışdırın. Sonda unu və kakonu qatın. Eynicinsli məhlul alınana qədər qarışdırın. Sonra şüşə qabları yağlayıb xəmirdən tökün. 220 dərəcədə 5-8 dəqiqə bişirin. Bişmə müddətindən asılı olaraq fondanın içi axıcı və ya çox saxlasanız içi bişib sadəcə şokoladlı keks olacaq.
 
К началу