Acikanın hazırlanmasının 4 asan qaydası

Bütün ərzaqlar ətçəkən maşının xırda gözündən keçirilir, üzərinə duz və şəkər tozu əlavə edilir
Əziz dostlar, əvəzsiz qış tədarükü sayılan Acikanın 4 cür hazırlanma qaydasını seçiminizə veririk. Tərkibi: 1-ci Qayda 5 kq pomidor 1 kq şirin bibər 16 ədəd acı bibər 300 qr sarımsaq 100 qr duz 100 qr sirkə 200 qr şəkər tozu 400 qr qıtıqotu (xren) 2-ci Qayda 200 qr sarımsaq 4 ədəd qıtıqotu(xren) çubuğu 2 dəstə cəfəri 2 dəstə şüyüd 10 ədəd şirin bibər 20 ədəd acı bibər 2 kq pomidor 4 x/q şəkər tozu 4 x/q duz 50 qr sirkə 3-cü Qayda 5 kq pomidor 2 kq alma 2 kq yerkökü 2 kq şirin bibər 300 qr acı bibər 300 qr sarımsaq 1 litr bitki yağı 3 x/q duz 4-cü Qayda 5 kq pomidor 1 kq yerkökü 1 kq bolqar bibəri 5-10 ədəd acı bibər yarım kq soğan Hazırlanması: 1-ci Qayda Bütün ərzaqlar yuyulub, təmizləndikdən sonra ətçəkən maşından keçirilir. Bibərlərin ancaq kökləri təmizlənir, içərisindəki tumlarla birgə çəkilib, xırdalanır. Kütləyə duz, şəkər tozu, sirkə əlavə edilib, 50 dəqiqə saxlanılır. Sonra şüşə qablara əlavə edilir. Bu acikanı bişirməyə gərək yoxdur.Ağzı bağlı şüşə qablarda soyuducuya qoymadan belə saxlamaq olar. 2-ci Qayda Bütün ərzaqlar ətçəkən maşının xırda gözündən keçirilir, üzərinə duz və şəkər tozu əlavə edilir. Sərin yerə qoyulmuş qabda 2 gün saxlandıqdan sonra üzərinə sirkə tökülüb, yaxşıca qarışdırılır. Daha sonra bankalara əlavə edilib,qapaqla bağlanır. Uzun müddət soyuducuda saxlanıb, istifadə olunur. 3-cü Qayda Ərzaqlar ətçəkən maşından keçirilib, yağ və duz səpilir. 2 saat bişirildikdən sonra sterlizə edilmiş bankalara qoyub, bağlanılır. 4-cü Qayda Ərzaqlar ətçəkən maşından keçirilib, 2 saat qaynadılır. Sterlizə edilmiş bankalara tökülüb, qapaqla bağlanılır.
 
К началу