Susar qadın

Qadın doğar, böyüdər, yaşadar, sonda dünyadan köçər... Susar!!!
Qadına qarşı zorakılıq elə keçmişdəki qədərdir. Bunun kökündə qadınlara verməli olduğumuz önəmi anlamaq və oxuduqca həm qadınların, həm də kişilərin doğrunu öyrənməsi yatır. Amma zorakılığı sadəcə kobud qüvvə ilə ifadə edə bilmərik. Psixoloji zorakılıq anlayışı, ya da buna bənzər anlayışlardan zamanımızda olduqca çox istifadə edilir. Başını örtdüyü üçün dini inancına, mini ətək geydiyi üçün yaşam tərzinə, kişilər kimi düşünmədiyi üçün düşüncəsinə, ağladığı üçün duyğularına, ağlamadığı üçün mətanətinə, danışdığı üçün dilinə, danışmayanda dilsizliyinə və s. xüsusiyyətlərə görə lap keçmiş zamanlardan bu günkü günə qədər qadınlar təzyiqə məruz qalıb. Nəyə görə?.. Çünki qorumaq məcburiyyətində olduğun namusun və sevməyə qadağa qoyan mentalitetin vardır.Soyuq olmaq məcburiyyətindədir, hiss etməməlidir, yaxşı görünməlidir. Amma elə də çox iddialı olmamalıdır. Kişinin yanınında yerini bilməlidir. Bu həyatda qadın olmaq günahdır, sevərsən "dəli" deyərlər, sevməzsən "pisdir" deyərlər.Susarsan "bir şey bilmir" deyərlər, danışarsan "dili uzundur" deyərlər.Kişi olmaq doğuşdan bir gücdür, qadın olmaq isə gücsüzlük. Qadın olmaq ətəyini uzun saxlamaqdır, başqalarının günahlarının cəzasını çəkməkdir. Qadın uşaqlıqdan bunlarla böyüdülür... adın uşaq olar - gülməyinə, oynamağına, ora-bura qaçmağına pis baxarlar. Qadağalar "Qız qismi ağır başlı olmalıdır" sözünü öyrədər. Susar! Qadın məktəbə gedər - oxumaq, yazmaq öyrənənə qədər. "Oxuyub nə olacaqsan, oxuyandan ev qadını olmaz" sözünü öyrənər. Susar! Qadın olmaq... Qadın gənc qız olar - gəzməyi, getməyi, gəlməyi haqda danışılar. Söz olmasın deyə pəncərədən çölə baxmaz. "Pis qadın" nə deməkdir?" bunu öyrənər. Susar!
 
К началу