Saçlarınızda dəniz dalğası yaradın - ÜSUL

Günün sonunda isə saçlarınızı yumağı unutmayın.
Qadınlar dəniz suyu ilə islanmış saçlarının təbii dalğalı halını çox bəyənərlər. Bu gözəl dalğalara sahib olmaq üçün hər dəfəsində dənizə getməyə ehtiyac yoxdu. Buna nail olmaq üçün evdə saç spreyi hazırlaya bilərsiz. Spreyin formulu: Jele – 2 xörək qaşığı Dəniz duzu – 3 çay qaşığı Hindistan qozu yağı – 2 çay qaşığı İlıq su – 1 stəkan 1 ədəd sprey şüşəsi Bütün bu ləvazimatları sprey şüşəsinin içinə töküb, əriyib bir- birinə qarışana kimi çalxalayın. Saçınızda təbii dalğalar yaratmaq üçün istifadə edə bilərsiz. Hindistan qozu yağı və dəniz duzunun möhtəşəm qoxusu saçınıza xüsusi təravət verəcək. Sprey şüşəsini çantanızda gəzdirib lazım gəldiyində istifadə edə bilərsiz. Günün sonunda isə saçlarınızı yumağı unutmayın.
 
К началу