Bürclərin yalanları

yalan adətən zərərsiz olur
İnsan xüsusiyyətlərindən ən çox rast gəlinən yalandır. Bürclərin çoxu yalan danışır, lakin hamısı öz xeyri üçün etmir. Qoç Qoç nəyisə etmək istəməyəndə yalan danışmağı sevirlər. Onlardan elə də güclü yalançı çıxmaz, buna görə də Qoçun yalan danışdığını asanlıqla anlamaq olar. Onlar çox vaxt yalan danışır, lakin buna əhəmiyyət vermir. Buğa Bu bürc əks cinsin nümayəndəsinə yaxşı təəssürat bəxş etmək üçün yalan danışmağı sevirlər. Onları ən yalançı adlandırmaq olmaz, lakin onlar elə yalan danışa bilərlər ki, heç kirpiyi belə tərpənməz. Axı onlara bu diqqəti cəlb etmək üçün lazımdır. Əkizlər Əkizlər bilərəkdən yalan danışır, lakin bunu müəyyən etmək praktiki olaraq mümkün deyil, çünki onlar çox məharətlə aldadır. Bu insanlar düzgün danışmağı bacarırlar, lakin siz çox vaxt onların yalan danışdığınızı düşünə bilərsiniz. Xərçəng Xərçəng namuslu və düzgün insanlardır. Bu demək olar ki, ən səmimi bürcdür. Onların yalan danışdığı yeganə hal sağ qalmaq üçün edilən yalandır – onlar həmsöbhəti üçün doğrunun mümkün olmadığını hesab edəndə yalan danışa bilərlər. Şir Şir çox vaxt yalan danışmır, lakin bunu ustalıqla edir. Onlar yalan danışdıqlarını xatırlayırlar, buna gör də onların yalanını ancaq professional üzə çıxara bilər. Bunu onlar başqalarına öz statusunu və avtoritetini göstərmək və xoş təəssürat bəxş etmək üçün edirlər. Qız Qız yalan baxımından unikal bürcdür. Onlar çox yalan danışmırlar. Xərçəng kimi heç kimi xətrinə dəyməmək və ya xeyirli iş məqsədilə yalan danışırlar. Ən maraqlısı budur ki, onlara yalan danışanlara incimirlər. Tərəzi Tərəzilər yalan danışmağı bacarmırlar, onların yalanını asanlıqla üzə çıxarmaq olar, lakin onların əsl istedadı əslində gizlidir. Özlərində yalan danışmaq istedadı görən Tərəzi bundan məharətlə istifadə edə bilərlər. Lakin onlar yaxınlarına heç vaxt yalan danışmırlar. Əqrəb Onlar yalanlarının üzə çıxması üçün hər şeyə hazır olan ən qorxulu yalançılardır. Əqrəblər yazıqlıq hissi yaratmaq və ya insanlara manipulyasiya etmək üçün yalan danışırlar. Bu ən yalançı bürcdür, onlarla ehtiyatlı olmaq lazımdır və yalanlarını üzə çıxardığınızı demək olmaz. Oxatan Oxatan həqiqəti gizlədə bilər, kiçik yalan deyə bilər, lakin böyük yalan etmirlər. Daim kiçik yalan xoşagəlməz haldır, lakin ümumilikdə Oxatan az yalan danışan bürcdür. Oğlaq Oğlaq əks cinsin hörmətini qazanmaq üçün yalan danışmağı sevirlər. Həmçinin onlar möcvud olmayan statusunu göstərmək üçün yalana əl atırlar. Bu çox yalan danışan və asanlıqla yalanı bilinən insanlardır. Dolça Dolça yalan danışmağa üstünlük vermirlə, Onlar heç nəyi bəzəmirlər – sadəcə müəyyən mövzuda danışmaqda məna görmürlər və lazım gəldikdə susurlar. Onları yaxından tanımaq çoxlarına qismət olmur. Balıqlar Balıqlar çox yalançıdırlar, hətta Əqrəblərdən də çox. Bu insanlar hər kəs kimi görünmək üçün yalan danışırlar. Onlar özləri, öz şəxsi həyatı və ya uğurları haqda nağıllar danışırlar. Onların yalanını tutmaq çətin deyil və onların yalanı adətən zərərsiz olur.
 
К началу